1. Xəlvət məqam, xəlvət şərait, fürsət. □ Ev xəlvətlikdir. 2. Tənhalıq, heç kəs olmadığı vəziyyət, şərait, xəlvət yer. □ Xiyaban xəlvətlik idi.
Bax: xəlvətləmək.
Gizli, xəlvət iş görmək üçün məqam və ya yer tapmaq, fürsət tapmaq. □ Evi xəlvətləmək.
1. Xəlvət məqam, xəlvət şərait, fürsət. □ Ev xəlvətlikdir. 2. Tənhalıq; heç kəs olmadığı vəziyyət, şərait; xəlvət yer. □ Zakirlə Mehribanın oturduqları xiyaban xəlvətlik idi. (H.Seyidbəyli).
Ağzıboş, sözü keçməyən, zəif iradəli. □ Xəmirağız adam.
Ağzıboşluq, zabitəsizlik, iradə zəifliyi, qeyri-ciddilik, sözükeçməzlik.
Əriştə ilə bişirilən, xəmirli duru xörək. □ Doğranmış duzlu xiyar, iki boşqab xəmiraşı ağ süfrənin üstünü bəzədi. (M.Hüseyn).
Xəmiraşı bişirmək üçün hazırlanan, yarar. □ Xəmiraşılıq un ayırmaq.
Xəmiryoğuran, xəmirgir.
Xəmir yoğurma, xəmirhazırlama işi; xəmirgirlik.
1. Unun az su və ya başqa bir maye ilə yoğurulmasından hasil olan suvaşqan kütlə. □ Xəmir yeyənin fağırı olmaz. (Atalar sözü). 2. Yumşaq şey haqqında. □ Bu lap xəmirdir ki.
Həmçinin bax:
Bax: qığırdaq.
Çörəkxanalarda xəmiryoğuran, xəmirtutan işçi. □ Məsum kişi xəmirgirin sözündən köyrəldi. (Mir Cəlal).
Xəmirgir işi, xəmiryoğurma peşəsi. □ Xəmirgirlik eləmək.
Çörəkxanalarda xəmir yoğurulan, xəmir hazırlanan yer. □ Xəmirxanada bişrilən çörəklər.