1. Səhv, yanlışlıq, qələt; qəbahət, qüsur, günah, yanılma, istənilmədən edilən səhv. □ Kiçikdən xata, böyükdən əta. (Atalar sözü).
2. Qorxu, təhlükə, xətər ehtimalı; qorxulu, təhlükəli, faciə ilə nəticələnə bilən iş, hərəkət, əməl; qorxu, təhlükə. □ Bu xatadan sovuşsam, çarmıxa çəksələr də; Ağzımı kilidlərəm, danışmaram bir daha. (B.Vahabzadə).
Həmçinin bax:
1. Gözlənilmədən xata törədən, xata törədə bilən, əlindən xata gələ bilən, zərərli, qorxulu, xain. □ Xatakar adam.
2. Məcazi mənada: qorxulu, təhlükəli, xətərli. □ Xatakar yerdir.
3. İsim kimi: xata törədən, xata törədə bilən. □ Məni bu xatakarın əlindən qurtar.