1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter.
2. Ədəbiyyatşünaslıq. Tip, surət, obraz. □ M.F.Axundzadənin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. (M.İbrahimov).
3. Mahiyyət, keyfiyyət, xüsusiyyət. □ Yer səthinin xarakteri.
4. Xaraktercə şəklində – xarakterinə görə; xasiyyətinə görə, mahiyyətinə görə; xasiyyətcə, mahiyyətcə. □ Xaraktercə bir-birinə zidd obrazlar.
1. Bir şəxsin və ya şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri.
2. Birinin əmək və ictimai fəaliyyəti haqqında məlumat verən rəsmi sənəd, xasiyyətnamə.
3. Riyaziyyat. Onluq loqarifmin bütöv hissəsi.
4. Bir şeyin hər hansı bir qrafik (cizgilərlə) göstəricisi. □ Çay rejiminin xarakteristikası.