Arxaizm. Tikan. □ Zəhməti bül-bül çəkər; Gülü qucar yenə xar. (Atalar sözü)
Zəlil, üzüqara, rüsvay, xəcalətli, pərt. □ Rüstəmbəy başını çarpayıya söykəyib, xar və zəlil bir halda sükuta getdi, gözləri yaşardı. (Y.V.Çəmənzəminli)
Yumşaq, boş, məsaməli. □ Xar buz.
Azərbaycan dilinin izahlı lüğəti1. Pis, yaman. □ İndi əsr çox xarabdı. Hanı indi elə bir Allah bəndəsi ki adamın əlini tutsun. (C.Məmmədquluzadə).
2. Bərbad, viran. □ Dərdi-qəmi göndər könül şəhrinə; Heç sultan mülkünü xarab istəməz. (Q.Zakir).
3. Ağır, pis. □ Xəstənin vəziyyəti xarabdır.
4. Əvvəlki keyfiyyətini, vəziyyətini dəyişmək, itirmək, yaramaz hala düşmək. □ Xarab meyvə.
Həmçinin bax:
1. Dağılmış, uçulmuş, viranə qalmış şəhərin, tikilinin və s.-nin qalığı; yarı yıxıq ev və s.; xarabalıq. □ Xarabadan baş götürüb getmək.
2. Sifət kimi: dağılmış, uçulmuş, alt-üst olmuş, xaraba qalmış; viranə, yıxıq, uçuq. □ Xaraba kənd. Xaraba evlər.
3. Məcazi mənada: klassik ədəbiyyatda alt-üst olmuş, dağılmış mənalarında işlənmişdir. □ Bu dil ki ona mənzil idi, oldu xərabə; Əzm etsə əgər yar, dəxi harə qayıtsın? (Heyran xanım).
4. Öz evi, öz mülkü, öz yeri mənasında (hiddət məqamında deyilir). □ Öz xarabasında yaşamaq.
5. Xarabaya çevrilmiş yer, dağılmış, sökülmüş, viran qalmış yer; viranəlik. □ Xarabada bir insan səsi də eşidilmir.
Həmçinin bax: