1. Cərəyan edən bir işin, hadisənin və s.-nin əsrlər, illər, saatlar, dəqiqələr, saniyələrlə ölçülən davam müddəti; zaman.
2. Saatların, günlərin, illərin ardıcıl surətdə bir-birini əvəz etməsi. □ Vaxt nə tez gəlib keçdi.
3. Bir hadisənin, işin baş verdiyi, baş verəcəyi, yaxud baş verməli olduğu an, moment. □ İclasın vaxtını təyin etmək.
4. Eyni mənada bəzən feillərdən sonra işlənir. □ Kəramət uşaqlarını ancaq yatdıqları yerdə, yuxulu olduqları vaxt oxşayar, öpərdi. (Ə.Əbülhəsən).
5. Dövr, zəmanə, çağ. □ Çar hökuməti vaxtında. Keçmiş vaxtlarda. Müharibə vaxtı. Uşaqlıq vaxtı. Axır vaxtlarda. Bizim vaxtımızda.
6. Günün, ayın, ilin, yaxud mövsümüm müəyyən çağı. □ İstədiyin vaxtda gələ bilərsən. Gecənin bu vaxtında harada idin?
7. Mövsüm. □ Ov vaxtı. Ağac əkmək vaxtı. Xırman vaxtı.
8. Əlverişli, münasib zaman; fürsət. □ Vaxtdan istifadə etmək. İndi çimməyin yaxşı vaxtıdır. Hər şeyin öz vaxtı var.
9. Boş saat, işdən azad zaman. □ Gəlməyə vaxtım yoxdur. Vaxt olmadığına görə. Vaxtım olanda baxaram. Vaxt tapsan, bizə gəl.
10. Möhlət. □ Borcu qaytarmaq üçün vaxt vermək.
11. Nida kimi: vaxtdır – vaxtı çatmışdır. □ Vaxtdır, evə getmək lazımdır.
Həmçinin bax: