Şəbəkədə geniş məlumatların toplandığı özəl ünvan; İnternetdə istifadəçi üçün ayrılmış özəl ünvanı olan virtual məlumat mənbəyi.
Burada hər növ audio və vizual materialları yerləşdirmək mümkündür. V.s.-la işləmək üçün bu əməliyyatlar ardıcıllıqla yerinə yetirilməlidir: a) sənədin açılışı; b) kodlaşdırmanın dəyişdirilməsi; c) hiperistinadlar vasitəsilə lazımi səhifəyə keçid; ç seçilmiş sənədin faylının saxlanılması; d) sənədin çap edilməsi. Konkret V.s.- a baxmaq üçün mütləq onun ünvanını vermək tələb olunur. Baxış keçirmək və bir səhifədən başqasına keçməyi brauzerlər gerçəkləşdirir. Bax Brauzer. V e b-s ə h i f ə kompüter şəbəkəsində tərkibində mətn, digər sənədlərə, qrafiklərə, audio və video təsvirlərə hiperistinad olan sənədləri özündə əks etdirən konkret ünvan. V.-s.-la Veb-səhifəni anlayış kimi eyniləşdirmək olmaz. Əgər birinci (V.s.) kitabdırsa, ikinci yalnız bir səhifədir. □ Məlumatı veb-saytda yerləşdirmək.
Azərbaycan dilinin izahlı lüğəti1. Orta əsrlərdə ədalət məhkəməsinin mühüm bir hissəsi kimi hüquqi münasibətlər; icmalarda münaqişəni adi üsulla yoluna qoymaq. □ Vendetta üsulu ilə mühakimə.
2. İtaliyanın bəzi adalarında (Korsika, Siciliya və s.) öldürülmüş yaxın qohuma görə əhalinin bir qismi arasında yayılan qan intiqamı. □ Vendetta ənənəsi.
Azərbaycan dilinin izahlı lüğətiAndlılar məhkəməsində müttəhimin təqsirli olub-olmaması barədə andlı iclasçıların rəyi, məhkəmə hökmü, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barəsində andlı iclasçıların çıxardığı qərar.
V. andlı iclasçılar kollegiyasında səsvermə yolu ilə çıxarılır. Andlı iclasçıların müşavirəsi zamanı səsvermə açıq aparılır və üzvlərdən heç kəs V.-lə bağlı səsvermə zamanı bitərəf qala bilməz. Aparıcı andlı iclasçı sonuncu olaraq səs verir. V. məhkəmə icraatının materiallarına əlavə edilir. □ Andlılar məhkəməsinin veridikti.
Azərbaycan dilinin izahlı lüğətiQısa, adətən, bir dəqiqədən çox çəkməyən reklam filmi.
Bəzən kinolentə də çəkilir. V. yaxud reklam videofilmləri, bir qayda olaraq, çoxlu sayda tez-tez dəyişən planlardan ibarət olur. Adətən, yüksək reytinqli, populyar televiziya verilişlərinin və kinofilmlərin arasında nümayiş etdirilir. □ Bahalı videorolik.
Azərbaycan dilinin izahlı lüğətiMəzmunun yaradılması və redaktəsi prosesində birgə fəaliyyətə əsaslanan veb səhifələri.
Sadə dildə izah etsək, bir nəfər seçdiyi mövzu ətrafında informativ məqalə yazır, o yazını oxuyan digər insanlar isə həmin məqaləni duyğulaşdırıb cilalayır, əlavə və dəyişiklik edir. V. məlumatlar əksər hallarda hiperlinklərlə bir-birinə bağlanır, bu isə ayrı-ayrı sözlərin və ya terminlərin mənasını vaxt itirmədən öyrənməyə, ya da əlavə məlumat əldə etməyə yardım edir. □ Viki məqalə.
Azərbaycan dilinin izahlı lüğəti