1. Hər hansı bir şəraitdən doğan hal, keyfiyyət. □ Xəstənin vəziyyəti ağırdır. Çətin vəziyyətdən çıxmaq.
2. İctimai-siyasi münasibətlərin məcmusu, ictimai həyat şəraiti, halı. □ Beynəlxalq vəziyyət. İqtisadi vəziyyət.
3. İctimai həyatda rol, mövqe. □ İctimai vəziyyət.
4. Bədənin yaxud onun bir hissəsinin duruş tərzi. □ Oturmuş vəziyyətdə yuxulamaq. Çalğı çalarkən bədəni düz vəziyyətdə saxlamaq.
5. İctimai həyatda yaxud dövlət həyatında hökumət tərəfindən müəyyən edilən üsul, nizam və qayda. □ Ordunu dinc vəziyyətə gətirmək.
Həmçinin bax:
1. Bir şəxsin üzərinə qoyulan və onun mütləq yerinə yetirməli olduğu iş; borc. □ Arxın üstündən atılmış bu ağac körpü vəzifəsini görür.
2. Bir idarə və müəssisədə müəyyən işlərin ifası ilə əlaqədar olan qulluq yeri; rəsmi iş, qulluq. □ Direktor vəzifəsi. Katib vəzifəsi.
Həmçinin bax:
1. Çəki, ağırlıq. □ Mənim pambıq yükü ilə aram yoxdur. Özü çox, vəzni az. (Haqverdiyev).
2. Şeirdə misraların ölçüsü. □ –Demirəm mən sənə şair deyilsən, var şeirin; Vəzn var, qafiyə var, qaliba yox can, Yusif! (S.Əzim).
3. Musiqidə səs ünsürlərinin bir bərabərdə, müntəzəm surətdə bir-birilə əvəzlənməsi; ritm. □ Aydın vəzndə olan musiqiyə xalq mahnıları, müxtəlif xalq rəqs havaları, habelə “təsniflər” (vokal musiqi) və rənglər (çalğı musiqisi) daxildir. (Hacıbəyov).
Azərbaycan dilinin izahlı lüğəti