Görüşmə, qovuşma; sevgilisinə çatma. □ Ey Füzuli, kəsmə ol məhvəş vüsalından ümid. (M.Füzuli).
Genişlik. □ Girdman məmləkətinin iki hökmdarı bəsləyəcək qədər vüsəti vardır. (M.S.Ordubadi).
Həmçinin bax:
Geniş.
Genişlik.
Qovuşma; aşiqin öz sevgilisinə qovuşması; vüsal. □ İndi ki vüslət zamanı yaxınlaşıb, arzuma çatacaq ümidi ilə xəyalımı xoş edib aram tutmuşam. (M.F.Axundzadə).
Klassik ədəbiyyatda ürəkdən inanma, möhkəm inam, etibar, xatircəmlik mənalarında işlənmişdir. □ Xanın onlara hər xüsusda vüsuqu var idi. (M.F.Axundzadə).
Çatma, yetişmə, varma. □ Şiraz tənbəkisi göndərdim, vüsulundan məni xəbərdar eylə. (M.F.Axundzadə).
Arxaizm. Vəzirlər. □ Vəqta ki danışdız, vüzəra oldu xəbərdar; Mütləq görəcəklər ki, cibişdanə zərər var. (M.Ə.Sabir).
Klassik ədəbiyyatda aydınlıq, aşkarlıq; şərh və izaha ehtiyacı olmayacaq dərəcədə aydınlıq mənalarında işlənmişdir. □ Mirzə Əbdüllətif Təsuci farsi dilində pakizə və nəhayət vüzuh və cövdətdə tərcümə edibdir. (M.F.Axundzadə).
Rota, eskadron və ya topçu bölməsi və bu cür bölməni təşkil edən əsgər dəstəsi. □ Vzvod komandiri.
Vəzirlik. □ Qurbanın olum, bəsdir dəxi mənim vəzarət etməyim. (M.F.Axundov).
Vəzirliyin yerləşdiyi bina, ev; vəzirin idarəsi.
Botanika. Alaq otlarından biri.
Xörəklə yeyilən kiçik yarpaqlı acıtəhər göyərti. □ Günorta azanı veriləndə Tellinin süfrəsi salınmışdı. Çörəklə bərabər vəzəri və acı-qıcıda qoyulmuşdu. (Y.V.Çəmənzəminli).
Əslində Quran surələrindən birinin adı olub, canlı dildə “uzun-uzadı mənasız sözlər”, “cəfəngiyyat”, “uzunçuluq” mənasında işlənir. □ Canım, vəzzariyyat istəməz, kənara qaç görüm! (Mir Cəlal).