1. Əli ilə və ya əldə tutulan bir şeylə çırpmaq, zərbə endirmək. □ Ağacla vurmaq. Şillə vurmaq. Qamçı ilə vurmaq. Əllərinə vurmaq.
2. Buynuz, təpik və s. ilə zərbə endirmək. □ İnək uşağı vurdu. Onu at vurmuşdur.
3. Döymək, kötəkləmək. □ Uşağı vurmaq olmaz.
4. Bir şeylə toxundurmaq. □ Qasım kişi çaxmağı daşa vurub, qovu basır çubuğa. (C.Məmmədquluzadə).
5. Çalmaq, çaxmaq, qaxmaq, soxmaq. □ Mıx vurmaq. Paya vurmaq.
6. Güllə ilə vurub öldürmək. □ Ovçular meşədə üç qaban vurdular.
7. Bir şeylə vurub yaralamaq. □ Quşu ayağından vurmuşlar.
8. Atəşə tutmaq, topa tutmaq, gülləyə basmaq. □ Sahildən düşmən gəmilərini vurmaq.
9. Bir şeyi sərrast atıb hədəfə toxundurmaq, dəydirmək. □ Nişanı vurmaq. Nə qədər atdımsa, hədəfi vura bilmədim.
10. Dayamaq, dirəmək, qoymaq, söykətmək. □ Divara dayaq vurmaq. Ağaca dəstək vurmaq.
11. Taxmaq, keçirmək, bağlamaq. □ Atın ayağına cidar vurmaq.
12. Yükləmək, yığmaq, çatmaq, doldurmaq. □ Arabaya (maşına, gəmiyə) yük vurmaq, tay vurmaq.
13. Taqqıldatmaq, döymək. □ Qapını vurmaq. Darvazanı vurmaq.
14. Döyəcləmək, çalmaq. □ Nağara vurmaq. Dəf vurmaq.
15. Zərbə və ya başqa bir səslə bildirmək, xəbər vermək. □ Telefonun zəngi vurdu. Saat 12-ni vurdu.
16. Xarab etmək, məhv etmək, zədələmək, zərər vermək. □ Almaları dolu vurdu. Əkinləri don vurdu. Meyvələri şaxta vurmuşdur.
17. Bərk təsir etmək. □ Saçlarının ətri və bədəninin hərarəti Rüstəmi uzaqdan vurur, ruhunu oxşayırdı. (M.İbrahimov).
18. Məcazi mənada: içmək (yalnız spirtli içki haqqında). □ ...Günorta əyləşib, gecə yarısınadək vurdunuz, o sənin sağlığına, sən onun. (N.Vəzirov).
19. Oğurlamaq, çırpışdırmaq, çalmaq. □ ...Sandıqçanı vurmuşam, içi dolu pul. (N.Nərimanov).
20. Sürtmək, çəkmək, yaxmaq. □ Pəncərələrə rəng vurmaq. Üzünə pudra vurmaq.
21. Yapışdırmaq, asmaq. □ Divara elan (afişa) vurmaq. Divara xalça vurmaq.
22. Yıxmaq, çırpmaq. □ Hüseynağa çölə çıxdıqda külək onu yumurlayıb yerə vurdu. (M.İbrahimov).
23. Riyaziyyat. Artırmaq, zərb etmək. □ Beşi ikiyə vurmaq.
24. “Özünü” sözü ilə – yalandan göstərmək, oxşatmaq. □ Özünü dəliliyə, bilməzliyə, xəstəliyə vurmaq.
25. “Özünü”, “özlərini”, “özümüzü” sözləri ilə – soxulmaq, girmək, bir şeyin içərisinə atılmaq, dalmaq, cummaq, yönəlmək, üz tutmaq. □ Özünü sürüyə vurdu. Özlərini meşəyə vurdular.
26. Sancmaq, çalmaq. □ İlan vurmaq. Əqrəb vurmaq.
27. Calamaq, aşılamaq. □ Peyvənd vurmaq. Aşı vurmaq.
28. Kəsmək, kəsib gödəltmək. □ Paltarın ətəyindən bir qədər vurmaq. Dəllək saçımı vurdu. Pambıq kollarının başını vurmaq.
29. Döyünmək, atmaq, işləmək. □ Nəbzi vurmaq.
30. Atmaq, fışqırmaq. □ Fontan vurmaq. Fəvvarə vurmaq.
31. Xüsusi cihaz və s. vasitəsilə yeritmək (maye, hava, qaz və s.). □ Nasosla su vurmaq.
32. Çevirmək, bir vahidi əsas götürərək hesablamaq. □ Kağız pulu qızıla vurmaq.
33. “Vurdu” şəklində – birdən, gözlənilmədən. □ İki gün çəkmədi, vurdu anam xəstə düşdü. (Mir Cəlal).
34. “Vurub” şəklində – çox-çox geridə buraxıb, ötüb, aşıb. □ Trest müharibədən əvvəlki həcmi vurub keçəcəkdir. (Mir Cəlal).
Həmçinin bax:
1. Boş-boşuna o tərəf-bu tərəfə getmək; qurdalanmaq, yerində hərəkət etmək, boş-boşuna daim hərəkətdə olmaq, əlləşmək, çalışıb-çabalamaq. □ Səhərdən axşamadək vurnuxmaq.
2. Təşvişə düşmək, təlaşa düşmək, həyəcana düşmək, nə edəcəyini bilməmək, özünü ora-bura vurmaq. □ İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu. (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Zərbə endirilmək; döyülmək, kötəklənmək. □ Ağac ilə vurulmaq.
2. Çalınmaq, qaxılmaq, soxulmaq. □ Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur.
3. Güllə ilə vurulub öldürülmək. □ Ovda ikicə quş vuruldu.
4. Güllə ilə və ya başqa bir şeylə vurulub yaralanmaq. □ Ceyran ayağından vurulmuşdur.
5. Dayadılmaq, qoyulmaq, dirədilmək. □ Dəstək vurulmaq. Dayaq vurulmaq.
6. Taxılmaq, keçirilmək, bağlanmaq. □ Cidar vurulmaq. Buxov vurulmaq.
7. Sərrast atılaraq toxundurulmaq, dəydirilmək. □ Hədəf vurulmuşdur.
8. Güllə və s. ilə zədələnmək. □ Vurulan təyyarə qudurmuş it kimi ulaya-ulaya yerə getdi. (Ə.Vəliyev).
9. Yüklənmək, yığılmaq, qoyulmaq, doldurulmaq. □ Vaqonlara yük vurulub qurtardı. Maşına iki ton yük vurulmuşdur. Anbarlara on tonlarla buğda vurulub.
10. Çalınmaq, eşidilmək. □ Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışdı. (S.Rəhman).
11. Sürtülmək, çəkilmək, yaxılmaq. □ Qapıya təzə rəng vurulmalıdır.
12. Yapışdırılmaq, asılmaq, bənd edilmək. □ Divarlara elan vurulmuşdur.
13. Artırılmaq, zərb edilmək. □ İki beşə neçə dəfə vurulmuşdur? İyirmi ikiyə vurulanda qırx alınır.
14. Calanmaq, aşılanmaq. □ Calaq vurulmaq. Qələm vurulmaq. Aşı vurulmaq.
15. Kəsilmək, kəsilib gödəldilmək, qısaldılmaq. □ Paltonun ətəkləri bir qədər vurulmalıdır.
16. Cihaz və s. vasitəsilə yeridilmək (maye, hava, qaz və s.). □ Balona hava vurulmaq. Nasosla su vurulmaq. İynə vurulmaq. .
17. Bir vahid əsas götürülərək hesablanmaq. □ ...Hədiyyələri hesabladım. Qızıla vurulsa, beş yüz min dinar qiyməti var. (M.Hüseyn).
Bənd olmaq, aşiq olmaq, məftun olmaq, həddindən artıq sevmək. □ Qazamat qulluqçularından birisi Həcərə vurulur. (“Qaçaq Nəbi”).
Azərbaycan dilinin izahlı lüğəti1. Vuruşma; dava, müharibə, döyüş. □ Qılınc vuruşundan, güllə səsindən; Yuvadakı quşlar uçhauç oldu. (Qoşma).
2. Vurma tərzi, zərbə. □ Vuruşun kor vuruşuna oxşamır. (Atalar sözü).
3. Vurma, tıqqıltı. □ ...Bu saatın hər vuruşu həyatımız üçün ən müdhiş bir zərbə deməkdir. (H.Cavid).
Azərbaycan dilinin izahlı lüğəti