Bax: vızıltı.
Ucu əyri çöp, yaxud vergül şəklində bakteriya, mikrob. □ Düz çöp şəklində olan mikroblara basil, azca əyri (vergül şəklində) olanlara vibrion deyilir.
Qaramal və qoyunlarda təsadüf edilən yoluxucu xəstəlik.
Öz hərəkəti üçün mənəvi məsuliyyət hissi, təmiz ürək hissi, öz hərəkətlərinin yaxşı və ya pis olduğunu duyma. □ Vicdanı təmiz olmaq.
Vicdanca, vicdan cəhətindən, öz hərəkəti üçün mənəvi məsuliyyət hissi ilə, təmiz ürək hissi ilə. □ Vicdanən əzab çəkmək.
Vicdana mənsub və aid olan. □ Oğlum, daxili saflıq və vicdani saflıq insan üçün böyük bir vüqardır! (S.Rəhimov).
Vicdanı olan, öz iş və hərəkəti üçün mənəvi məsuliyyət hiss edən; ürəyindəki təmiz hiss qüvvətli olan; insaflı. □ Həyat vicdanlı və namuslu adamı mübarizlər cərgəsinə çıxarmışdır. (S.Rəhman).
Həmçinin bax:
Vicdanı olma, vicdanla hərəkət etmə, vicdanlı münasibət.
Vicdanı olmayan, öz hərəkəti üçün cəmiyyət qarşısında mənəvi məsuliyyət hiss etməyən, ürək hissi təmiz olmayan; insafsız. □ Vicdansız adam. Vicdansız hərəkət.
Bax: vicdansızcasına.
Vicdana uymayan bir tərzdə, insafsızcasına; həyasızcasına. □ Vicdansızcasına hərəkət.
Vicdanı olmama; öz hərəkəti üçün mənəvi məsuliyyət hissinin olmaması; insafsızlıq. □ Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. (C.Cabbarlı).
Bax: vicvicə.
Bax: vicələndirmək.
Yüngül üşütmə əmələ gətirmək, vicə gətirmək.