1. Bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət; doğma yurd, Ana yurd. □ Vətəni müdafiə etmək.
2. Bir adamın doğulduğu yer. □ Şairin vətəni. Nizaminin vətəni Gəncədir.
3. Məcazi mənada: bir şeyin törədiyi, meydana gəldiyi yer. □ Azərbaycan balaca olsa da, böyük ədiblərin, dahi şairlərin vətənidir. (M.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Müəyyən bir dövlət əhalisinə mənsub olub, öz dövlətinin qanunları ilə müəyyən edilmiş bütün tələbləri yerinə yetirməyə borclu olan şəxs. □ Azərbaycan vətəndaşı.
2. Bir dövlətin təbəəsi. □ O hansı ölkənin vətəndaşıdır?
3. Yaşlı adam, kişi. □ Bir vətəndaş gəlmişdi. Bu vətəndaş kimdir?
4. Yaşlı adamlara rəsmi müraciət forması. □ Vətəndaş, vəsiqənizi göstərin! Vətəndaş, yol verin, keçim!
Həmçinin bax:
1. Öz vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan. □ Vətənpərvər şair. Vətənpərvər gənclər.
2. İsim kimi: öz vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan adam. □ Mina ürəyində dedi ki, ah! Nə olaydı, hamı böylə vətənpərvər olaydı. (İ.Musabəyov).
Azərbaycan dilinin izahlı lüğətiVətənpərvərə xas olan sifət; öz vətəninə və xalqına sədaqət və məhəbbət və onun yolunda hər bir fədakarlığa hazır olma. □ Ədəbiyyat və incəsənətimizin ən gözəl xüsusiyyətlərindən biri onun yüksək vətənpərvərliyindədir. (İ.Əfəndiyev).
Azərbaycan dilinin izahlı lüğəti