1. Vəhşilik, mədəniyyətsizlik. □ ...Sizdəki vəhşətlərdən xəbərim var. (M.Hüseyn).
2. Qorxu, dəhşət. □ Hamının üzündə vəhşət, iztirab və qorxu əlaməti görünürdü. (P.Makulu).
3. Tənha yerlərdə təklikdə hiss olunan qorxu; vahimə, qarabasma.
4. Hüzn, kədər, tənhalıq. □ Əsib badi-xəzan vəhşət düşürtdü səhni-gülzarə. (C.Cabbarlı).
Azərbaycan dilinin izahlı lüğəti1. İslam dini etiqadına görə, bir fikir və hökmün Allah tərəfindən peyğəmbərə xəbər verilməsi.
Əncüm ilǝ fǝlǝk mǝnǝm, vǝhy ilǝ hǝm mǝlǝk mǝnǝm,
Çǝk dilinivü ǝbsǝm ol, mǝn bu lisanǝ sığmazam. (İ.Nəsimi)
2. Məcazi mənada: ilahi səs, son dərəcə gözəl, məftunedici səs.
Hər nəfəsin bir ayə,
Vəhyi-müqəddəs kimi!
Dünyada nemətmi var
Bu səndəki səs kimi? (Ə.Cavad)
Azərbaycan dilinin izahlı lüğəti1. Vəkalətə əsasən iş görən şəxs. □ ...mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. (M.F.Axundzadə).
2. Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat. □ ...Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq? (M.F.Axundzadə).
3. Tarix. Nazir. □ Baş vəkil.
4. Tarix. Deputat.
Həmçinin bax: