Ölmə, ölüm. □ Ancaq bir nəfəri Mirzənin vəfatı yandırdı. O adam usta Zeynal idi. (Ə.Haqverdiyev).
Klassik ədəbiyyatda və əgər mənalarında işlənmişdir. □ Gər dərd vəgər dəva sənindir; Hakim sənsən, riza sənindir. (M.Füzuli).
Bəh, bəh-bəh, əcəb, pah. □ Mərhəbalar! Vəh, nə əncam etdi, amma millət a! (M.Ə.Sabir).
O halda ki, halbuki. □ ...Vəhalonki savadsız qadınlar üçün savad kursları açıb, tamam savadsız qadınları savadlandırırıq. (Ə.Haqverdiyev).
Dini ehkama görə Allahın birliyi və varlığı.
1. Birlik, bütövlük, bölünməzlik. □ ...bilirdi ki, qüvvət vəhdətdədir. (S.Rəhimov).
2. Ümumilik, eynilik, tam oxşarlıq. □ Görüşlərin vəhdəti.
3. Yalnızlıq, təklik, tənhalıq, xəlvət. □ Vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir. (M.Füzuli).
Bax: vəhabi.
XVIII əsrin sonlarında Mərkəzi Ərəbistanda yaranmış dini-siyasi cərəyan.
1. Əsli-əsası olmayan fikir; xəyal.
2. Yersiz qorxu, vahimə, şübhə. □ Gözü qəmzən gəlib can qəsdinə, amma budur vəhmim; Düşə nahəq yerə qanlar iki sərdar arasında. (Q.Zakir).
Bax: vahimə.
Bax: vəhmələndirmək.
Qorxuya düşmək, qorxmaq, təşvişə düşüb narahat olmaq. □ ...hərarətli dodaqları ilə gurultudan vəhmələnən uşağının ağlar gözlərini öpərkən, başına ağır bir şey dəydi. (Mir Cəlal).
Bax: vahiməli.
Qorxaq, vahiməyə düşən, şübhəyə düşən, vahiməyə, xəyala uyan.
Vəhşi, yabanı, əhliləşməmiş. □ Ətrafını teyrü vəhş almış; Vəhşət onu bir hisarə salmış. (M.Füzuli).