Bir işi yerinə yetirmək üçün qabaqcadan söz vermə, öhdəyə götürmə. □ ...İyirmi put, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. (M.F.Axundzadə).
Həmçinin bax:
1. Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət. □ Vədəsi çatmaq. Vədəsi qurtarmaq.
2. Bir işi təxir etmək üçün təyin olunan vaxt, möhlət. □ 6 ay vədə verdi.
3. Ümumiyyətlə, vaxt, zaman, çağ. □ Könül həsrət, can müntəzir, göz yolda; Ömr azaldı, vədə keçdi san ilə. (M.V.Vidadi).
4. Bir işi yerinə yetirmək üçün qabaqcadan söz vermə, öhdəyə götürmə. □ Hər zaman Zeynal onu ... quru və boş vədələr ilə dolandırırdı. (S.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Müəyyən vaxtı, müddəti olmayan; müddəti, vaxtı təyin edilməmiş; müddətsiz, daimi. □ Vədəsiz pasport.
2. Vaxtı çatmadan, vaxtı çatmamış, vaxtından tez. □ Əzizim, o balıqnan; Dəryada o balıqnan; Bir vədəsiz yel əsdi; Yandıq biz obalıqnan. (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti1. Sözünün üstündə durma; borcunu, təəhhüdünü yerinə yetirməkdə möhkəmlik; səbat, etibar. □ Gördük bəyü bəyzadələrin yoxdu vəfası; Çox-çoxdu cəfası. (M.Ə.Sabir).
2. Məhəbbətdə sədaqət. □ Rəqib qılsa cəfa, mən vəfa, vəli şadam; Ki, yaxşı yaxşıya uğrar, yaman yamana yetər. (M.Füzuli).
Azərbaycan dilinin izahlı lüğəti1. Dostluqda, məhəbbətdə sabit və möhkəm olmayan; vəfası olmayan; sədaqətsiz, etibarsız. □ Nə qədr təndə canım var, işim fəğan olacaq; Vəfasız oldu mənə çünki yar, ağlayıram. Heyran xanım. Sevgi dildə şüar olsun! Vəfasıza çox ar olsun! (S.Vurğun).
2. Məcazi mənada: etibarsız, fani, müvəqqəti. □ Vəfasız dünyanın mehri gedir könlündən, aldanma. (İ.Nəsimi).
Azərbaycan dilinin izahlı lüğəti1. Dostluqda, məhəbbətdə sədaqətsizlik, səbatsızlıq, etibarsızlıq. □ ...içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq zənn etdilər. (S.S.Axundov).
2. Məcazi mənada: etibarsızlıq, fanilik, müvəqqətilik. □ Bəzən ... Rüstəm odsuz, közsüz yanır, ömrün vəfasızlığından şikayətlənirdi. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti