Tibb. Tibb elminin zöhrəvi xəstəliklər bəhsi.
Venerologiyaya aid olan. □ Veneroloji dispanser.
Tibb. Zöhrəvi xəstəliklər mütəxəssisi; həkim.
Qədimdə Adriatik dənizinin şimal sahillərində yaşamış tayfalar qrupu.
Bax: venet.
Anatomiya. Venalara aid olan, yaxud venaların içində olan.
Elektrotexnika. Borularda, cihazlarda və s.-də mayenin, qazın, yaxud buxarın yolunu açıb-bağlamaq üçün qurğu, qapaq.
Qapalı binalarda, yeraltı qazmalarda və s.-də havanı dəyişdirmək, təmizləmək, yaxud onun cərəyanını gücləndirmək üçün cihaz, qurğu. □ Elektrik ventilyator. Sorucu ventilyator.
Alver, alış-veriş. □ Bu ramazanlıqda nə ver-aldı bu? Ax! Nə qəzetdi bu, nə jurnaldı bu? (Ə.Nəzmi).
Binanın yanında qabaq tərəfi açıq və ya şüşələnmiş üstüörtülü balkon, artırma, eyvan. □ Qəmər verandanı səliqəyə saldıqca mahnının sözlərini təkrar edir. (S.Rəhman).
Bax: verdirmək.
1. Verməyə məcbur etmək.
2. Başqa bir şəxs vasitəsilə birisini bir şey verməyə məcbur etmək.
Gələcəkdə verilməsi lazım olan şey; borc (alacaq müqabili). □ Alacağın olsun, verəcəyin olmasın. (Atalar sözü).
Həmçinin bax:
Birinə verəcəyi (borcu) olan; borclu.
Gəmi düzəldilən və təmir edilən yer. □ Sovxoz və gəmi inşa edən verf ilə tanış olduq. (Ə.Məmmədxanlı).