1972-ci ildə ABŞ-da prezident seçkiləri zamanı respublikaçılar partiyasının demokratların seçki qərargahının olduğu “Whatergate” otelində gizli dinləmə qurğuları yerləşdirməsi ilə bağlı qopan siyasi qalmaqal.
Bu qalmaqalın araşdırılması zamanı korrupsiya və yalan məlumatlarla bağlı çoxsaylı faktlar üzə çıxarılmış və nəticədə prezident R.Nikson impiçment təhlükəsi ilə üzləşərək istefaya çıxmağa məcbur olmuşdur. □ Utorgeyt işi.
Azərbaycan dilinin izahlı lüğətiNəyisə qeyri-qanuni zəbtetmə, yaxud başqasının haqqını, bir şeyə olan hüquqlarını zorakı yolla mənimsəmə.
Siyasətdə U. şəxsi diktatura yaratmaq məqsədilə hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsi və ya dövlət başçısının səlahiyyətlərinin çevriliş yolu ilə mənimsənilməsinə deyilir. Tarixçilər Fransada Napoleon Bonapartın 1799-cu il çevrilişi nəticəsində hakimiyyətə yiyələnməsini U.-ya misal kimi göstərirlər.□ Hakimiyyətin uzurpasiyası.
Azərbaycan dilinin izahlı lüğəti