Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

URL [u-re-el] abreviatura ingilis

Jurnalistika. Resursun, sənədin, faylın internet şəbə­kəsində yerləşdiyi ünvana aparan yolun göstəricisi.

Azərbaycan dilinin izahlı lüğəti

ultraabissal [ultraabissal] sifət latın/yunan

Coğrafiya. Dünya okeanının 6000 metrdən dərin hissəsinə aid olan.

Həmçinin bax:

coğrafiya: ultraabissal çöküntülər coğrafiya: ultraabissal zona Azərbaycan dilinin izahlı lüğəti

urman [urman] isim

Coğrafiya. Qərbi və Orta Sibirdə başlıca olaraq ağ şam, küknar və sidr ağaclarından ibarət sıx iynəyarpaqlı meşə.

Azərbaycan dilinin izahlı lüğəti

uzboy [uzboy] isim türk

Coğrafiya. Orta Asiyada daimi, sabit axını olmayan çayların, nadir yağışların əmələ gətirdiyi müvəqqəti axınların yataqları.

Azərbaycan dilinin izahlı lüğəti

ultrametamorfizm [ultrametamorfizm] isim latın/yunan

Geologiya. Yer qabığının dərin zonalarında süxurların regional metamorfizmi.

Azərbaycan dilinin izahlı lüğəti

undulyasiya [undulyasiya] isim latın

1. Geologiya. Süxur qırışıqları şarnirlərinin qalxması və batması.

2. Geologiya. Yer qabığında geosinklinallarda struktur qırışıqların əmələ gəlməsinə gətirib çıxaran dalğavarı əyilmələr.

Azərbaycan dilinin izahlı lüğəti

uraninit [uraninit] isim

Geologiya. Kubik sinqoniyada kristallaşaraq kub, oktaedr və onların kombinasiyaları formasında qara, qonur kristallar, gizli kristallik aqreqatlar, his, torpaqvarı kütlələr əmələ gətirən mineral.

Azərbaycan dilinin izahlı lüğəti

uvarovit [uvarovit] isim

Geologiya. Qranatlar qrupuna aid zümrüdü-yaşıl mineral.

Azərbaycan dilinin izahlı lüğəti