Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

u [uşu] isim çin. – kamillik

İdman. Çin gimnastikası və əlbəyaxa döyüş növü. □ Uşu sənətinin üç istiqaməti var: idman, sağlamlıq və döyüş.

Azərbaycan dilinin izahlı lüğəti

utilitarizm [utilitarizm] isim lat. utilitas – fayda, mənfəət, qazanc

Etikada faydanı, xeyri əxlaqın əsası və insan davranışının meyarı hesab edən cərəyan; bütün hadisələri onların faydalılığı baxımından qiymətləndirən prinsip. □ Utilitarizm nəzəriyyəsi.

Azərbaycan dilinin izahlı lüğəti

utilizasiya [utilizasiya] isim lat. utilis – faydalı

Təkrar emal, bir şeydən təkrar istifadə. □ Plastik qabların utilizasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

utopiya [utopiya] isim yun. u – yox + topos – yer

1. İdeal cəmiyyət yaratmaq haqqında qeyri-elmi fəlsəfi görüş, nəzəriyyə. □ “Utopiya” sözü ingilis yazıçısı Tomas Morun eyniadlı əsərindən sonra geniş işlənməyə başlanmışdır.

2. Həyata keçirilə bilməyən fantaziya, xam xəyal. □ Utopiyaya uymaq.

Azərbaycan dilinin izahlı lüğəti

uzurpator [uzurpator] isim lat. usurpator – ləğv edən, mənimsəyən

Qanunsuz şəkildə (hiylə və ya zorla) hakimiyyəti ələ almış və ya başqasının hüququnu mənimsəmiş şəxs. □ Uzurpatorun sonu.

Azərbaycan dilinin izahlı lüğəti