Dialekt. 83,2 kiloqram ağırlığında çəki vahidi. □ Beş tağar arpa.
İncəsənət. Tağ şəklində olan; yarımdairəvi. □ Tağbənd körpü.
1. Tağı, tağları olan. □ Tağlı bina. 2. Hörgüsü tağ şəklində olan. □ Tağlı pəncərə.
Arxaizm. Təmiz, pak.
Şey qoymaq üçün divarda açılan oyuq. □ Taxçadan düşdü, tap elədi; Gülsənəm onu hap elədi. "Siçan və pişik" (Tapmaca).
Geodeziya. Üfüqi və yer ölçmə işlərində işlədilən şaquli bucaqları ölçmək üçün geodeziya aləti.
Yerin qabarıqlı planını düzəltmək üçün uzaqdan topoqrafik şəkilalma üsulu.
1. Dənindən un və ya yarma hazırlanan bitkilərin (arpa, buğda, çovdar və s.) ümumi adı. □ Taxıl bitkiləri. Taxıl əkmək. 2. Həmin bitkilərin dəni. □ 2 ton taxıl.
1. Taxıl biçmək üçün maşın, alət. □ Yeni markalı taxılbiçən. 2. Sifət kimi: taxıl biçmək üçün maşın, alət. □ İndi sovxoz tarlalarında yük avtomobilləri görünür, traktor və taxılbiçən maşınlar işləyir. (Ə.Vəliyev). 3. Biçinçi.
Bax: buğdabiti.
Taxılçılıqla, taxıl əkib-becərməklə məşğul olan adam. □ Taxılçının qarşısında isə çörək bolluğu yaratmaq vəzifəsi durmuşdu. (S.Rəhimov).
Kənd təsərrüfatının taxıl əkib-becərməklə məşğul olan sahəsi.
Botanika. Taxılların və bəzi başqa bitkilərin daxil olduğu bitki fəsiləsi.
1. Biçilmiş taxılı döyüb dəni samandan ayıran maşın.
2. Sifət kimi: biçilmiş taxılı döyüb dəni samandan ayıran maşın. □ Taxıldöyən maşın, vəl azlıq eləyirdi. (Ə.Əbülhəsən).
Zoologiya. Taxıla ziyan verən cücü.