1. İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors. □ ..hər şeyə yuxarıdan baxan büzük gözlərinə hüdudsuz bir təkəbbür çöküb qalmışdı. (M.İbrahimov).
2. Sifət kimi: təkəbbürlü, iddialı, dikbaş, təşəxxüslü, lovğa, forslu. □ ..Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır. (S.S.Axundov).
İncəsənət. İranda, Orta Asiyada, Azərbaycanda ipək saplarla əyri xətlər və nəbati ornamentlər şəklində tirmə, mahud, şal və s. üzərində bədii tikmə növü və üsulu. □ Məxmər, mahud və ipək parçalar təkəlduz üçün ən münasib parçalardır. (“Azərbaycan xalq sənəti”).
Azərbaycan dilinin izahlı lüğəti