1. Oxumaqla elm və bilik əldə etmə. □ Bir neçə ildən sonra Yusif Sərrac təhsili-elm üçün İsfahana getdi. (M.F.Axundzadə).
2. Oxumaq nəticəsində əldə edilən biliklərin məcmusu. □ Orta təhsil. Uşaqlara təhsil vermək. Xüsusi təhsil.
Həmçinin bax:
1. Adətən təhtində şəklində – altında, hakimiyyəti, idarəsi altında, tabeiyyətində, tabeliyində. □ ..təhtindəki yerlərin də yönü Dərbəndə tərəfdir, bir iş olsa beli .. bağlıdır. (Y.V.Çəmənzəminli).
2. Arxaizm. Eyni mənada izafət birləşmələrinin birinci tərkib hissəsi şəklində işlənir. □ Səməd valideyninin təhti-nəzarətindən qurtarıb, avara gəzməyə daha da meydan vermişdi. (Y.V.Çəmənzəminli).
1. Təzə işə keçərkən və ya işdən çıxarkən tapşırılmış işi, vəzifəni, şeyi başqa adama vermə (adətən “almaq”, “etmək” köməkçi feilləri ilə işlənir). □ Beş gündən sonra Tərlanov işi təhvil verib, Teymuru yanına çağırdı. (H.Seyidbəyli).
2. Öz əməyinin nəticəsini, məhsulunu istifadə olunmaq üçün lazımi yerə və ya şəxsə vermə. □ ..pyesi qurtarıbdır, gətirdi təhvil versin. (C.Cabbarlı).
3. Hicri-şəmsi təqvimində köhnə ilin qurtarıb yeni ilin daxil olması. □ ..Hələ il təhvil olmamışdır, dəstəyə bir saat qalanda olacaq. (Y.V.Çəmənzəminli).
1. Bir adamı və ya bir şeyi zehnində, xəyalında təsəvvürə gətirmə, canlandırma; xəyala, xəyalata qapılma; xəyal, xülya, xəyalat. □ Rüxsarə o qədər təxəyyül aləminə qapılmışdı ki, elə bil lap salonda əyləşmişdi. (S.Rəhimov).
2. Yaradıcılıq fantaziyası.
Həmçinin bax: