1. Mühazirə və ya nitq söyləmək üçün xüsusi yer; xitabət kürsüsü. □ Tribunaya söykənmək.
2. Stadionlarda, meydançalarda tamaşaçılar və ya parad qəbul edənlər və b. üçün düzəldilmiş hündür sıralı yerlər. □ Mərkəzi tribuna.
3. Məcazi mənada: siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, publisistlərin və b.-nın ictimai fəaliyyətlərinin həyata keçirildiyi yer, meydan, şərait, mühit. □ Gənclərə tribuna vermək.
Azərbaycan dilinin izahlı lüğəti1. Hərbi. Hüquq. Hərbi və çox ağır mülki cinayət işlərinə baxan fövqəladə məhkəmə orqanı. □ Hərbi tribunal.
2. Hərbi. Hüquq. Bu orqanın məhkəmə heyəti, kollegiya hakimləri. □ Tribunalın hökmü.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur). □ ..Dənizin ta göbəyindən qopub gələn dalğalar .. gəmini bir top kimi atıb-tuturdu. (A.Şaiq).
2. Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). □ Onu ta saat üçə qədər gözlədik.
3. Məqsəd bildirir – ta ki, madam ki. □ Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. (N.Nərimanov).
4. Daha, bir də, artıq, bundan belə. □ ..Məni öldürmə, ta heç kəsnən işim olmaz. (“Qaçaq Nəbi”).
Güc, qüvvət, taqət. □ Nə soyuğa tabım var, nə pulum var kürk alım. (Atalar sözü).
Həmçinin bax:
Düyü, buğda və s. hövsərləmək, yaxud şey qoymaq və ya başqa məqsədlər üçün enli taxtadan oyulmuş ağacdan hazırlanan dayaz, girdə, ya uzunsov qab; təknə. □ İki dişi var qabaqda, çörək qoymaz tabaqda. (Atalar sözü).
Həmçinin bax: