1. Bir fikrə, əqidəyə, məsləkə kor-koranə bağlanıb, başqalarına kin və ədavət bəsləmə; qeyrətkeşlik, fanatizm. □ Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. (M.S.Ordubadi).
2. Qeyrət, namus. □ Həqiqi şair .. gərəkdir öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə. (F.Köçərli).
Həmçinin bax:
1. Təəssüb çəkən; fanatik. □ Təhmasibin yaratdığı Əbu-Übeyd son dərəcə təəssübkeş bir ərəb xadimi və islam mücahidi idi. (C.Cəfərov).
2. Qeyrət çəkən, namusunu qoruyan, qeyrətkeş. □ ..Göydəki bir tanrı bilir ki, mən necə təəssübkeşəm. (S.Rəhimov).
1. Təəssüf etmək, kədərlənmək, heyifsilənmək. □ Həmzə isə artıq, məsələni gizlətməyin lüzumsuz olduğunu düşünüb, açıqca təəssüflənirdi. (Ə.Əbülhəsən).
2. Ürəkdən acımaq, heyifsilənmək, təəssüf etmək. □ Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. (M.S.Ordubadi).
1. Bir şeyin təsiri altında olma, təsirini hiss etmə, duyma, mütəəssir olma.
2. Hiss, təəssürat, ruhi iztirab (hiddət, qeyz, qorxu, sevinc və s.); emosiya. □ Evinə çatmadan altı aydan bəri .. doğan hisslər və təəssürlər tamamilə silinib getdi. (Y.V.Çəmənzəminli).
1. Fəlsəfə. İnsanın fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı; şüurun obyektiv varlığı əksetdirmə prosesində xüsusi pillə. □ Elmi təfəkkür. Beyin təfəkkür orqanıdır.
2. Klassik ədəbiyyatda fikir mənasında işlənmişdir. □ Məcnun dedi: – Eyləmə təfəkkür! (M.Füzuli).
Əsas mətləbə az dəxli olan təfsilat; ikincidərəcəli əhəmiyyəti olan məsələlər, xırda məsələlər, bir şeyin ən kiçik, ən xırda, ən incə cəhətləri. □ Bir nöqtə, kiçicik bir cizgi və təfərrüat belə yerinə düşməsə o, sənət əsərini korlaya bilər. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti1. Narazılıq nəticəsində araya ikitirəlik düşmə; ayrılma, ayrılıq, ittifaqsızlıq, ikitirəlik. □ ..Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. (Ə.Haqverdiyev).
2. Arxaizm. Qəzet səhifəsinin ayrılmış bir yerində hissə-hissə dərc olunan hekayə, məqalə və s.
3. Ədəbiyyatşünaslıq. Arxaizm. Əksərən birpərdəli gülməli pyes. □ “Məstəli şah”dan sonra “Könülsüz” ünvanında bir pərdədə tərtib olunmuş təfriqə (vodevil) oynandı. (F.Köçərli).