1. Başqa bir dövlətin ərazisini zəbt etmək, azadlığını əlindən almaq və ya məhdudlaşdırmaq, demokratiyanı boğmaq və irticaçı rejimlər yaratmaq məqsədilə onun üzərinə hücum etmə, həmlə, basqın. □ Düşmənin qəfil hava təcavüzünə uğramamaq üçün uzun-uzadı əsgər sıraları səkilərdə divar dibi ilə yeriyirdi. (Ə.Əbülhəsən).
2. Zorakılıq, təzyiq, zülm, sıxıntı; hüququna toxunma, haqsızlıq etmə, haqsızlığa yol vermə. □ Yasavulbaşı bilirdi ki, bəlkə də xan özünə qarşı edilən sui-qəsdi əfv edə bilər, amma elə, xalqa qarşı təcavüzü əsla bağışlamaz. (M.Rzaquluzadə).