1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.) məxsus olan, təbiət tərəfindən yaradılmış. □ Ölkənin təbii sərvətləri. Təbii sərhədlər.
2. Təbiət qanunlarından irəli gələn, törəyən, onlardan asılı olan. □ Təbii ölüm.
3. Anadangəlmə, fitri. □ Üzün təbii rəngi.
4. Adi, normal. □ Bu iş bizə təbii göründü.
5. Həqiqi, əsil, natural. □ Təbii ipək. Təbii dəri.
6. Modal söz kimi: əlbəttə, yəqin ki, şübhəsiz ki. □ Təbii, siz də iştirak edəcəksiniz.
7. Modal söz kimi: təbiidir, təbiidir ki şəklində – adi haldır, normaldır, belə də olmalıdır. □ Təbiidir ki, bu inam kolxoz sədri Rüstəm kişinin ürəyində daha güclü idi. (M.İbrahimov).
Həmçinin bax: