1. Saçın hər bir dənəsi; ümumiyyətlə, saç, tük. □ Tellərini yan dara, qız; Eylə dərdimə çara, qız; Ay qaşı-gözü qara, qız; Eylə dərdimə çara, qız. (Xalq mahnısı).
2. Alına tökülmüş qısa saç, zülf.
3. Sapa bənzəyən, sap kimi olan hər şey. □ Rüstəm kişi .. tütünün ətrindən, saçaqlı tellərinin rəngindən xüsusi ləzzət alardı. (M.İbrahimov).
4. Məcazi mənada: obrazlı təşbehlərdə sapa bənzəyən, sap kimi olan hər şey mənalarında işlədilir. □ Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü. (M.S.Ordubadi).
5. Musiqi. Tar, kamança və s. simi. □ Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. (A.Səhhət).
6. Məftil, naqil, sim. □ Küləyin qüvvəsindən elektrik telləri vıyıldayır, sanki bir faciəni oxşayırdı. (T.Ş.Simurq).
7. Məcazi mənada: bağ, əlaqə, rabitə. □ Dostluğun telini qırma – bağlarsan, düyün qalar. (Atalar sözü).
8. Məcazi mənada: “ziya”, “şüa” mənasında. □ Öpsün torpağını səhər yelləri; Üstündə titrəsin günün telləri. (M.Müşfiq).
Dialekt. Düyü unu və şəkərdən bişirilən tel şəklində ağ və kövrək şirniyyat növü. □ ..bayramında və oruc(luq) bayramında tel, paxlava, peşmək və s. həlviyyat xonçası üstə bir əlbəsəlik ipək parça labüd gedəcəkdir. (R.Əfəndiyev).
“Teleqram” sözünün qısaltması. □ ..Hacı əmin sənə qurban, bu teli bir oxu. (N.Vəzirov).
Həmçinin bax:
Danışığı uzaq məsafəyə verən qurğular sistemi – elektrik rabitə növü; habelə danışıq üçün siqnal zəngi və əldə tutmaq üçün dəstəsi olan aparat.
Həmçinin bax:
1. Təcili məlumatları tez uzaq məsafəyə verən elektrik və ya radio rabitəsi növü.
2. Belə məlumatları qəbul edən və verən rabitə idarəsi, habelə həmin idarənin yerləşdiyi bina; teleqrafxana. □ Teleqrafda işləmək.
3. Belə məlumatı verən və qəbul edən aparat. □ Yeni markalı teleqrafı işə salmaq.
Həmçinin bax: