Musiqi. Azərbaycan və İranda çox yayılmış mizrabla çalınan simli musiqi aləti. □ Xoş nəfəsin elə gəlsin; Yarım gülə-gülə gəlsin; Mən çalanda tarı, bülbül; Sarı bülbül, sarı bülbül. (Xalq mahnısı).
1. Klassik ədəbiyyatda qara mənasında işlənmişdir. □ Könlümü qarət edir öylə ki, tari-zülfün; Rumə sanki həbəşi ləşkəri-yəğma gətirir. (X.Natəvan).
2. Klassik ədəbiyyatda tutqun, donuq, aydın görünməyən mənalarında işlənmişdir. □ Tar şüşə.
Ev quşlarının üstündə durub gecələməsi üçün hinə qoyulan ağac. □ Tardakı xoruz qanadlarını şappıldadıb banladı. (S.Rəhimov).
Üst-üstə dərəyə yağıb yığılmış qalın qar yığını. □ Dağ başında çar qala; Duman keçə, tar qala; Bir arzum var ürəkdə; Mən ölsəm də yar qala. (Bayatı).
Həmçinin bax:
1. Hərb. Öz təyyarəsini, gəmisini, ya tankını düşmən təyyarəsinə, gəmisinə, ya tankına zərblə vurmaqdan ibarət döyüş üsulu. □ Birdən gur səs ilə deyir ucadan: – Gülləm yoxsa əgər, üsul var! Taran! (M.Rahim).
2. Hərb. Düşmənin cəbhəsini yarıb onun mövqelərinə soxulmaqdan ibarət döyüş əməliyyatı, həmçinin bu əməliyyatı həyata keçirən zərbə.
3. Hərb. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb aləti.
1. Hərb. Öz təyyarəsinin, gəmisinin və ya tankının gövdəsi ilə düşmən təyyarəsinə, gəmisinə və ya tankına zərbə endirmək. □ Düşmən təyyarəsini (tankını) taranlamaq.
2. Hərb. Taran üsulu ilə düşmənin cəbhəsini yarmaq. □ Cəbhəni taranlamaq.