1. Baxıb seyr etmə. □ Sürüynən keçi gəlir; Saymışam, üçü gəlir; Çıxağın tamaşaya; Yarımın köçü gəlir. (Bayatı).
2. Görməli, baxmalı, tamaşa etməli, yaxud gəzməli yer, mərasim və göz qabağında açılan mənzərə; seyrəngah. □ Bu səhər Vahid Rübabəni Cıdır düzünə tamaşaya aparmalı idi. (Mir Cəlal).
3. Teatrda, sirkdə, kinoda və s.-də tamaşaçılara göstərilən şey. □ Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. (M.İbrahimov).
Həmçinin bax:
1. Teatr, kino, sirk və s. tamaşalara, yaxud televiziya verilişlərinə baxan adam. □ Tamaşaçılarla görüş. Tamaşaçılar arasında cürbəcür söhbətlər olurdu. (M.S.Ordubadi).
2. Bir işə qarışmayıb kənardan baxan, seyr edən adam; seyrçi. □ ..kənardan gəlmiş bir adam kimi hər işə tamaşaçı olurdu. (S.Hüseyn).
Həmçinin bax:
1. Tamaşa edilməyə, görməyə, baxmağa layiq; gözəlliyi ilə diqqəti cəlb edən; gözəl, qəşəng, maraqlı, mənzərəli, baxmalı, axar-baxarlı. □ Tərlan tamaşalı, maral baxışlı; Qədəm qoyub asta-asta, xoş gəldin! (Aşıq Ələsgər).
2. Məcazi mənada: hər hansı bir cəhətdən qəribə görünən; əcaib, təəccüblü. □ Tamaşalı adam.