1. Klassik ədəbiyyatda istəyən, birinə evlənmək istəyən oğlan, kişi və ya birinə ərə getmək istəyən qız, qadın mənalarında işlənmişdir. □ ..İlk talib Xumar için hər kim; Hər kim olmuş olursa, rədd etməm. (H.Cavid).
2. Klassik ədəbiyyatda meyil edən, istəyən, həvəsində olan, arzusunda olan mənalarında işlənmişdir. □ Mən nura fəqət talibəm, atəş nəmə lazım. (H.Cavid).
1. Bir şey almaq hüququ verən kiçik vərəqə şəklində sənəd; pətə. □ ..Məktəbdə bir dəst paltar talonunu .. başqa bir şagirdə verib dükana yolladılar. (B.Bayramov).
2. Çek, order dəftərçəsinin kökündə qalan surəti (dublikatı).
3. Qiymətli kağızların (akkreditivin, aksiyaların və s.-nin) əsas hissəsi.
1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; çardaq. □ Bir quşum var, firəngi; Talvarda vurar zəngi; Nə yemir, nə içmir; Nə dili var, nə həngi. "Saat" (Tapmaca).
2. Evin girəcəyində qapıya yapışıq üstüörtülü yer. □ Evin talvarı.
3. Ətrafı görmək üçün gözətçinin üstündə durduğu hündür tikili. □ ..Keşikçi talvarından başqa heç nə görünmürdü. (Ə.Əbülhəsən).
4. Tənək üçün dirəklər üzərində üstünə nazik taxtalar, borular düzülən və ya məftil çəkilən qurğu. □ Üzüm talvarı. Tənəyi talvara çıxarmaq.
1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. □ Tam qaranlıq.
2. Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. □ Tam qələbə.
3. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. □ Tam bir saat gözlədim.
4. Bütöv, bitmiş, qurtarmış, tamamlanmış. □ Tam əsər.
5. Heç bir şeylə məhdud edilməyən; qeyri-məhdud. □ Tam hakimiyyət. Tam azadlıq vermək.
6. Müəyyən, lazımi ölçüdə, normada olan. □ Tam metr. Tam iş günü.
7. Riyaziyyat. Kəsri olmayan, kəsrlərdən ibarət olmayan. □ Tamı tama bölmək. Tamdan kəsri çıxmaq.
Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; dad. □ Telli kimi dadlı, ətirli, tamından doymaq olmayan xörək bişirən nəinki Çiçəklidə yox idi, hətta rayon mərkəzi İşıqlıda da bu barədə ara-sıra söhbət gedirdi. (Ə.Vəliyev).
Həmçinin bax: