1. Şifer və s. vurmaq üçün evin və b. tikilinin damında taxtadan qurulan çardaq.
2. Üstü şifer, dəmir və s. ilə örtülmüş dam. □ Evin hündür taxtapuşu əvvəlki kimi öz heybətli görünüşü ilə irəlidə qaralırdı. (Q.İlkin).
3. Həmin çardaqla dam arasındakı yer. □ Taxtapuşa kartof tökmək.
1. Kələ-kötür taxtaları yonub hamar etmək üçün maşın. □ Taxtayonanı işə salmaq.
2. Sifət kimi: kələ-kötür taxtaları yonub hamar etmək üçün maşın. □ ..transportyorların ilişərək getdiyini görüb, cihazların, taxtayonan maşının yoxlanmasını əmr etdi. (Mir Cəlal).
Arxaizm. Keçmişdə kübarları, əyanları, xüsusən onların qadınlarını bir yerdən başqa yerə aparmaq üçün nəqliyyat vasitəsi kimi istifadə edilən, iki və ya dörd adam tərəfindən qaldırılıb gəzdirilən evcik. □ Sevda qara qulların daşıdığı taxt-rəvanda gələr, ətrafında saray qızları coşqun bir sevinclə şərqi söyləyərlər. (H.Cavid).
Azərbaycan dilinin izahlı lüğəti