Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

stabilizasiya [stabilizasiya] isim lat. stabilis – dayanıqlıq, sabitlik

Hər hansı prosesi eyni səviyyədə, eyni ritmdə saxlamaq; dayanıqlıq, sabitlik. □ İqtisadiyyatın stabilizasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

stalakti[stalak'tit] isim yunan

1. Geologiya. Bəzi mağaraların tavanından çubuq, boru, buz lüləsi və s. formada inkişaf edən əhəngli mineral törəmə.

2. Memarlıq. Prizmavarı fiqur şəklində dekorativ detal. □ Stalaktit elementi.

Həmçinin bax:

Azərbaycan dilinin izahlı lüğəti

stalaqmit [stalaqmit] isim yunan

Geologiya. Mağara və s. yeraltı boşluqların dibindən inkişaf edən konusşəkilli, sütunvarı və s. formalı əhəngli mineral törəmə.

Həmçinin bax:

Azərbaycan dilinin izahlı lüğəti

start [start] isim ing. start – başlamaq, işə salmaq

1. İdmançıların yürüşə, qaçışa, üzməyə və s. yarışlara başlamaq üçün hazır vəziyyətdə durduqları yer. □ Start xətti.

2. Bir işin başlanğıc nöqtəsi. □ Layihəyə start vermək.

Azərbaycan dilinin izahlı lüğəti

stasionar [stasiyanar] sifət lat. stationarius – hərəkətsiz, tərpənməyən

Fəaliyyətini səyyar deyil, oturaq şəkildə, daimi məkanda gerçəkləşdirən idarə, müəssisə. □ Stasionar xidmət.

Həmçinin bax:

coğrafiya: stasionar antisiklon coğrafiya: stasionar siklon Azərbaycan dilinin izahlı lüğəti

status [status] isim lat. status – vəziyyət, hal

1. Hüquqi vəziyyət, hüquqla müəyyən edilmiş hal. □ Deputat statusu.

2. Sosial şəbəkələrdə istifadəçilərin müəyyən məsələ barədə fərdi düşüncələrini ifadə etdiyi və başqaları ilə paylaşdığı məlumat. □ Status paylaşmaq.

Həmçinin bax:

jurnalistika: hüquqi status jurnalistika: jurnalist statusu jurnalistika: naşirin statusu jurnalistika: sosial status jurnalistika: təsisçinin statusu Azərbaycan dilinin izahlı lüğəti

status-kvo [status-k'vo] isim lat. status quo – mövcud durum

Müəyyən müddət ərzində mövcud olmuş və ya hazırda mövcud olan faktiki, yaxud hüquqi vəziyyət. □ Qarabağda status-kvonun saxlanmasına cəhd.

Azərbaycan dilinin izahlı lüğəti

stereotip [steriyatip] isim yun. stereos – bərk + typos – iz, ləpir, yer

1. Poliqrafiya. Poliqrafiyada nəşrlərin çoxaldılması üçün hazırlanan qəlib. □ Mətbəə stereotipləri.

2. Məcazi mənada: uzunmüddətli sosial-tarixi təcrübə nəticəsində şüurlarda kök salmış, daşlaşmış, qəlibləşmiş qavrayış standartı; şablon, trafaret. □ Stereotip düşüncə.

Azərbaycan dilinin izahlı lüğəti

sterilizasiya [sterilizasiya] isim lat. sterilis – hüdudsuz, sonsuz

Maddələrin, əşyaların, ərzaq məhsullarının və s.-nin müxtəlif üsullarla (yüksək temperatur, filtr və s.) canlı mikroorqanizmlərdən tam təmizlənməsi. □ Cərrahiyyə otaqlarında, antibiotiklər qablaşdırılan sexlərdə sterilizasiya çox zaman ultrabənövşəyi şüaların köməyi ilə aparılır.

Azərbaycan dilinin izahlı lüğəti

steyk [steyk'] isim ing. steak – kəsilmiş

Qızardılmış ət parçası, bifşteksin bir növü. □ Mal ətindən steyk.

Azərbaycan dilinin izahlı lüğəti

stixiya [stixiya] isim yun. stoicheion – element, ünsür

1. Qədim yunan materialist-filosoflarının fikrincə, təbiətin əsasını təşkil edən 4 ünsür: od, su, hava, torpaq.

2. Dağıdıcı gücə malik təbiət qüvvələri; məs.: qasırğa, fırtına, vulkan püskürməsi və s. □ Təbiət stixiyası.

3. Məcazi mənada: bir şeyə hədsiz aludəçilik. □ Futbol onun stixiyasıdır.

Azərbaycan dilinin izahlı lüğəti

stimul [stimul] isim lat. stimulushərf. çomaq, itiuclu paya, çubuq

Təkanverici amil, bir işə sövq edən həvəsləndirici səbəb; maddi və ya mənəvi maraq. □ Stimul vermək.

Azərbaycan dilinin izahlı lüğəti

stimulyator [stimulyator] isim lat. stimulo – tələsdirmək, həvəsləndirmək

Canlının inkişafını sürətləndirmək üçün tətbiq edilən kimyəvi maddə, dopinq. □ Effektli stimulyator.

Azərbaycan dilinin izahlı lüğəti

strategiya [strategiya] isim yun. stratos – qoşun + ago – idarə edirəm

1. Hərbi. Hərb sənəti; hərbi əməliyyat, müharibə hazırlama və aparma bacarığı, sərkərdəlik məharəti haqqında elm. □ Hücum strategiyası.

2. Məcazi mənada: ictimai-siyasi fəaliyyətdə bir işi planlaşdırmaq, qurmaq və ona rəhbərlik etmək məharəti. □ Siyasi mübarizə strategiyası.

Azərbaycan dilinin izahlı lüğəti

strateq [stratek'] isim yun. strategos < stratos – qoşun + age – aparıram

1. Tarix. Qədim Yunanıstanda geniş hərbi, siyasi və inzibati hüquqlara malik olan sərkərdə. □ Hərbi-siyasi ittifaqlara başçılıq edən strateq xalq iclaslarında birillik müddətə seçilirdi.

2. Döyüş qaydalarının və hərbi strategiyanın bilicisi; ictimai-siyasi mübarizəyə məharətlə rəhbərlik edə bilən şəxs. □ Görkəmli strateq.

Azərbaycan dilinin izahlı lüğəti