Adətən “yerindən” sözü ilə zəif, incə, çox qorxulu, xətərli. □ İndi əgər sən onu sevər yerindən yaralamısansa, mən də sağ qalmayacağam, laçınım. (Ə.Məmmədxanlı).
Sevərək, istəyərək, məhəbbətlə. □ Füzulini sevə-sevə oxumaq.
1. Məhəbbət, eşq. □ Sevgim mübarizə, sevgilim həyat; Yəhərlənmiş bana qanadlı bir at. (M.Müşfiq). 2. Klassik ədəbiyyatda sevgili mənasında işlənmişdir. □ Bir belə cavanın əqli kəm olsa; Baxırsan ki, sevgisinə naz eylər. (M.P.Vaqif).
1. Çox sevilən, əzizlənən, istənilən; əziz, mehriban. □ Sevgili uşaqlar. Sevgili dost.
2. İsim kimi: çox sevilən, əzizlənən, istənilən; əziz, mehriban adam. □ Mən öz sevgilimi istəyirəm. (Ü.Hacıbəyov).
Sevgi hissi olmadan, sevmədən, məhəbbətsiz, istəmədən. □ Sevgisiz ərə getmək.
Bax: sevib-seçmək.
İstəyərək, xoşlayaraq, bəyənərək bir neçə adamın, şeyin arasından birini ayırmaq, seçmək. □ Sevib-seçdiyi qız. Sevib-seçdiyi sənət.
Sevən, vurğun, aşiq. □ Bu gözəl və gənc gadın nəcib duyğulara, sevici bir qəlbə, şairanə bir hissiyyata malikdir. (M.Arif).
Bax: sevilmək.
Eşq yetirmək, aşiq olmaq. □ Mən bəxtiyar oldum, o zamandan ki sevildim. (B.Vahabzadə).
1. Mehriban, əziz, sevgili, istəkli. □ Uşaq könlüm heç fərqinə varmadı. O hər kəsdən dəyərli, igid, gözəl, sevimli. (C.Cabbarlı). 2. Xoşagələn, xoşlanılan, insanın məhəbbətini cəlb edən; cazibəli. □ Sevimli səs. Sevimli nəğmə.
Sevilməyən, xoşa gəlməyən; cazibəsiz. □ Sevimsiz bir sima.
Fərəh, şadlıq; sevinmə (kədər əksi). □ Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət. (A.Şaiq).
Sevinə-sevinə, sevinərək, çox şad, fərəh içərisində. □ Sevincək daxil olmaq. Sevincək getmək.
Sevinc içərisində, fərəhli, şad; sevinc verən, sevindirən. □ ...sonra isə baxıb sevincli bir hal ilə gülümsəməyə başladı. (H.Nəzərli).