Mətbuat üzərində nəzarəti həyata keçirən vəzifəli şəxs.
Arxaizm. Senzuranın yerləşdiyi bina, senzor idarəsi. □ Hökumətin senzorxanasına pişnihad edib bizə mühəvvəl olunan məmuriyyəti sədaqətlə yerinə yetirək. (C.Məmmədquluzadə).
Senzorun işi, vəzifəsi. □ Və nə qədər ki onlar ölməyiblər və senzorluqda vardırlar, ruznaməyə izin ala bilsək də, bir şey yaza bilməyəcəyik. (C.Məmmədquluzadə).
Separatizm tərəfdarı.
Separatorda işləyən adam.
İnsan və heyvanlarda irin törədən orqanizmlərin və onların toksinlərinin qan və toxumalara düşməsindən yaranan infeksion xəstəlik.
Az miqdarda məişət çirkab sularını təmizləmək üçün qurğu.
Musiqidə yeddi pərdə həcmində interval.
ABŞ-da və İngiltərədə möminlərin keşişlərə, şagirdlərin müəllimlərə müraciət edərkən işlətdikləri söz; cənab.
Paxlalılar fəsiləsindən bitki cinsi.
Serbiyada yaşayan cənubi slavyan xalqının adı və bu xalqa mənsub adam.
Serb dilində. □ Serbcə danışmaq.
1. Orta əsrlərdə İtaliya və İspaniyada adətən, sevgilinin pəncərəsi altında oxunan nəğmə. 2. İnstrumental ansambl üçün yazılmış süita tipli musiqi əsəri. □ Çaykovskinin simli orkestr üçün serenadası.
Orduda, polisdə kiçik komanda heyətinin rütbə adı və bu rütbəni daşıyan adam. □ Polis serjantı. Kiçik serjant.
Biologiyanın, insan və heyvanların qan zərdabı xüsusiyyətlərini öyrənən şöbəsi.