Şanlı bir hadisə, yaxud görkəmli bir şəxsin şərəfinə hörmət əlaməti olaraq tüfəngdən və ya topdan atəş açmaq, əlvan fişənglər buraxmaq, bayraq qaldırıb endirmək (gəmidə) və s. ilə icra ediləntəntənəli salam rəmzi. □ Tankerdən yüksələn sirena səsi adanın ilk sakinlərinə salyut verdi. (M.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğətiTaxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş. □ Saman sənin deyil, samanlıq ki sənindir. (Atalar sözü).
Həmçinin bax:
1. Var, dövlət, sərvət, mal-mülk.
Fəqət zəhmət onun, saman sənindir!
Söyüş, şallaq onun, vicdan sənindir! (Ə.Nəzmi)
2. Arxaizm. Rahat, asayiş, aram, nizam-intizam.
Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?
Meyxanədə votqa vurarız, kam alırız biz. (M.Ə.Sabir)
Azərbaycan dilinin izahlı lüğəti1. Saman yığılan yer, saman saxlamaq üçün anbar, yer. □ Samanlığın qabağında iki yəhərli at dururdu. (M.Hüseyn).
2. Səliqəsiz, qaydasız, nizamsız, natəmiz yer haqqında. □ Uşaqlara sən deyən kimi versəm, iki gündə bu evlər samanlığa dönər. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti1. İdman. Güləş zamanı şiddətli ağrılara yol verən idman güləşmə üsulu.
2. İdman. Özündən daha güclü və ya silahlı rəqiblə mübarizə zamanı özünüqoruma vasitəsi.
Antropologiya. Hindularla qaradərililərin nikahından törəyən nəsil.
Azərbaycan dilinin izahlı lüğəti