1. İnsan və heyvan bədəninin qara ciyər, mədə, bağırsaqlar, dalaq və s. orqanlar yerləşən hissəsi. □ Qarın boşluğu.
2. Mədə mənasında. □ Qarın başa bəladır. (Atalar sözü).
3. Ana bətni, uşaqlıq. □ Uşaq əksəriyyətlə ana qarnında doqquz ay qalır.
4. Məcazi mənada: iç, batin. □ Onun qarnındakını heç kim bilmir.
5. Məcazi mənada: bir şeyin qarın kimi qabağa çıxmış hissəsi. □ Samovarın qarnı.
Həmçinin bax:
1. Bəhanə, üzr, yalandan şıltaq, umacaq. □ Onun qarınağrısı var, qoy sözünü desin.
2. Əziyyət, əzab. □ A bala, camaatın halalca haqqını niyə qarınağrısı ilə verirsən? (İ.Şıxlı).
Həmçinin bax:
1. Qarnına qul olan, qarnına həddindən artıq qulluq edən, çoxyeyən; doymaz, yeyimcil. □ Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Atalar sözü).
2. İsim kimi: qarnına qul olan, qarnına həddindən artıq qulluq edən, çoxyeyən; doymaz, yeyimcil adam.
Azərbaycan dilinin izahlı lüğəti