1. Qanı az olan, zəif, cansız. Qanı qaçmış, rəngi qaçmış, solğun. □ Qansız dodaqları tərpəndisə də, səs gəlmədi. (Y.V.Çəmənzəminli).
2. Zərf kimi: qan tökülmədən, qurban verilmədən. □ ..Azadlıq qansız və qurbansız qazanılmaz. (M.S.Ordubadi).
3. Məcazi mənada: rəhmsiz, mərhəmətsiz, insafsız, mürüvvətsiz, amansız, qəddar; qeyrətsiz, şərəfsiz, vicdansız. □ Nə qansız adamsan, a kişi! (Mir Cəlal).