Bax: qalmaq.
Həmçinin bax:
1. Olduğu yerdə və halda durmaq, yerini dəyişməmək, yerindən getməmək. □ Evdə ancaq Sona ilə Bahadır qaldı. (N.Nərimanov).
2. Yuxarı sinfə keçməmək. □ İkinci sinifdə qalmaq.
3. Var olmaq, mövcud olmaq, davam etmək. □ Onun gözəlliyindən ancaq iki gözü qalmışdır.
4. Sağ olmaq, həyatda olmaq, yaşamaq. İnkar şəklində: qalmamaq – ölmək, yaşamamaq, həyatda olmamaq, sağ olmamaq. □ Onun indi bircə qızı qalmışdır. Onlardan heç kəs qalmamışdır.
5. İşləndikdən, sərf edildikdən, xərcləndikdən sonra müəyyən miqdar mövcud olmaq. Bir ədədi bir ədəddən çıxdıqdan sonra hasil olmaq. □ On kilo düyüdən bir kilo qalmışdır. Beşdən üç çıxanda iki qalır.
6. Təxir edilmək, sonraya buraxılmaq, başqa vaxta keçirilmək. Dayandırılmaq, əl çəkilmək, buraxılmaq, tərk edilmək, vaz keçilmək. □ İclas sabaha qaldı. Kitabın nəşri hələlik qaldı.
7. Bir yerdə unudulub buraxılmaq, yaddan çıxarılmaq. □ Eynəyim evdə qalıb.
8. İrs yetişmək, irsən çatmaq. □ Atasından ona samballı miras qaldı.
9. Məhrum olmaq, əlindən çıxmaq. Yuxusuz qalmaq. □ Qəpiksiz qalmaq. İşsiz qalmaq.
10. Edə bilməmək, başa çatdıra bilməmək, nail ola bilməmək, davam etdirə bilməmək, gedə bilməmək, iştirak edə bilməmək. □ Dərsdən qalmaq.
11. Gecikmək, çatışa bilməmək, yetişə bilməmək, gecikərək yerində qalmaq. □ Qatardan qalmaq.
12. Gələndən sonra müvəqqəti olaraq bir yerdə yerləşmək, qərar tapmaq, bir yerə düşmək; qonaq olmaq. □ Qonaqlar dünən bizdə qalmışdılar.
13. Aid olmaq, dəxli olmaq, üzərinə düşmək. □ Onun dərdini çəkmək sənəmi qalıbdır?
14. İlişmək, ilişib qalmaq, girib çıxmamaq. □ Boğazında sümük qalmaq.
15. Bir hala düşmək, bir vəziyyət içərisinə düşmək. □ Pis vəziyyətdə qalmaq.
16. Mühafizə etmək, davam etmək, əl çəkməmək, saxlamaq. □ Öz fikrində qalmaq. Tutduğu mövqeyində qalmaq.
17. Yubanmaq, durmaq, bir yerdə ilişib qalmaq, gəlib çıxmamaq. Hələ çatmamaq, yetişməmək. □ Yarı yolda qalmaq.
18. Vaxt, zaman haqqında. □ Saat beşə üç dəqiqə qalıbdır.
19. Qalmamışam, qalmamışıq şəklində – ehtiyacım yoxdur, bizə lazım deyil. □ Yüzbaşı, – dedi, – sənin buğdana qalmamışıq, bir az özünü yığışdır. (Çəmənzəminli).
20. Bir sıra isimlərin yanına gətirilərək, ismin göstərdiyi mənada mürəkkəb feil, yaxud müxtəlif ifadələr düzəldilir. □ Avara qalmaq, sağ qalmaq, gözü qalmaq, heyran qalmaq.
Həmçinin bax: