1. Arxaizm. Çox ehtimal ki, yəqin ki, zənnimcə, mənə görə. □ Demirəm mən sənə şair deyilsən, var şerin; Vəzni var, qafiyə var, qaliba yox can, Yusif! (S.Ə.Şirvani).
2. Əksəriyyətlə, əksərən, çox zaman, çox vaxt. □ Ümum camaatında qaliba mütəəssib və avamlığını da mülahizə edəndə tamam məyusluq və naümidlik üz verirdi. (C.Məmmədquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti