1. Bir-birinin üstünə yığmaq, qalaq-qalaq yığmaq, toplamaq, komalamaq. □ Odunları qalamaq. Kərpici qalamaq.
2. Ocağa, sobaya və s.-yə odun, kömür və s. qoyub yandırmaq, alovlandırmaq, alışdırmaq. □ Ocaq qalamaq.
Həmçinin bax:
1. Üst-üstə yığılmaq, topalanmaq, komalanmaq. □ Arabaya ot qalanar, dağ olar; Kəndlilərin onda kefi çağ olar. (A.Səhhət).
2. Yandırılmaq, alovlandırılmaq; odun, kömür və s. qoyulub alışdırılmaq. □ Ocağa qalanmış odunlar yanıb qurtardığı üçün qaranlıq yenə qanadlarını gərirdi. (Ə.Vəliyev).
3. Yanmaq, alovlanmaq. □ Canım eşq oduna qalanmaq gərək. (M.P.Vaqif).