Bütün Yer kürəsini bürüyən, dünya miqyaslı; hərtərəfli, əhatəli, universal. □ Qlobal istiləşmə.
Həmçinin bax:
İdman. İngiltərə, ABŞ və Kanadada geniş yayılmış idman oyunu; oyunun məqsədi xüsusi ağacla kiçik topu çalalara salmaqdır. □ Qolf oyununda topu çalaya salmaq üçün minimal sayda zərbədən istifadə etmək lazımdır.
Azərbaycan dilinin izahlı lüğətiProsesin mərhələlərə bölünməsinin tədriciliyi; bir şeydən digərinə keçidin tədrici ardıcıllığı. □ Musiqi tonlarının qradasiyası. Rənglərin qradasiyası.
Həmçinin bax:
1. İncəsənət. Boyasız cizgilərlə şəkilçəkmə üsulu və bu üsulla çəkilmiş şəkil. □ Qrafika sənəti.
2. Dilçilik. Səslərin yazıda ifadəsi, əlifba. □ Latın qrafikası. Kiril qrafikası.
Həmçinin bax:
Aşağıdakı mənaları verən mürəkkəb sözlərin tərkib hissəsi:
1) sözün birinci hissəsindəki əşyanı təsvir, tədqiq edən elm (məs.: biblioqrafiya, etnoqrafiya);
2) yazının qrafik üsulla əks etdirilməsi, çap üsulu (məs.: kalliqrafiya, stenoqrafiya, litoqrafiya);
3) müəyyən problemə həsr olunmuş tematik elmi əsər (məs.: monoqrafiya).
Azərbaycan dilinin izahlı lüğəti“Kran” sözünün danışıq dilində işlənən forması. □ Salmanova qrantın altında əlini yudu. (Ə.Əbülhəsən).
1. Qeyri-hökumət təşkilatlarının təqdim etdiyi müxtəlif layihələri maliyyələşdirmək üçün beynəlxalq təşkilatların və ya dövlət qurumlarının ayırdığı maliyyə vəsaiti. □ Qrant almaq.
2. Tədris müəssisələrinə, yaradıcılıq kollektivlərinə, idman komandalarına və s.-yə idarəçilik orqanlarının dövlət, yaxud bələdiyyə vəsaitləri hesabına verdiyi əvəzsiz dotasiya və subsidiyalar. □ Dövlət qrantı.
3. Tələbələrə və şagirdlərə dövlət və ya yerli büdcədən ödənilən təqaüd. □ Təhsil qrantı.
Azərbaycan dilinin izahlı lüğətiFizika. İstənilən materiya növləri, o cümlədən səma cisimləri arasında qarşılıqlı əlaqə və təsir; obyektlərin bir-birini cəzb etməsi, cazibə. □ Qravitasiya təsiri.
Həmçinin bax:
Hər hansı sənəd və ya nəşrdə onun status və təyinatını müəyyən edən xüsusi qeyd. □ Xidməti istifadə üçün nəşrlər, dərsliklər, metodik vəsaitlər və s. üçün ayrıca qrif verilir.
Həmçinin bax: