Arxaizm. İnanan, razı olan. □ Pərvanə də sən tək şəmə maildir; Nə qədər ki, cövr eyləsə, qaildir. (Q.Zakir).
İnam, inanma, etiqad etmə. □ Əzizim, əgər mənim sözümə qailliyin olacaqsa, deyim. (C.Məmmədquluzadə).
Sabit, davamlı, möhkəm. □ Min şükür ki, möhkəməm vəfadə; Hicranına qaiməm cəfadə. (Məsihi).
1. Alıcıya göndərilən və ya buraxılan malların adı, növü, miqdarı, qiyməti yazılmış siyahını göstərən sənəd.
2. Arxaizm. Uzun kağız üzərində yazılmış əmrnamə. 3. Qılıncın dəstəyi.
1. Türkiyədə: qəza rəisi.
2. Mayor rütbəsi ilə polkovnik rütbəsi arasında hərbi rütbə; podpolkovnik.
1. Türkiyədə: bir qaimməqamın idarəsi altında olan əyalət, qəza.
2. Qaimməqam vəzifəsi. 3. Arxaizm. Podpolkovnik rütbəsi.
Arxaizm. Moldova və Ukraynada, həmçinin Rumıniya və Bolqarıstanda yaşayan türkdilli xalq və bu xalqa mənsub adam. □ Haray, ey qaqauz, türk, kazak, balkar! Ey başqırd, ey türkmən, susursan niyə? Qovuşsun Türküstan, Atatürkiyə! (X.Rza).
Zərf kimi: Qaqauz dilində.
Uşaq dilində: hər cür şirni, dadlı, yeməli şey. □ Nazlı bala, göyçək uşaq, gəl mənə; Yaxşı-yaxşı qaqqa verim mən sənə. (A.Səhhət).
Qaqqıltı. □ Pilləkəni titrətdi muştuluqçu qonşu qızın qaqqanası. (R.Rza).
Bax: qaqqana.
Bax: qaqqıldamaq.
1. Çığırma, qaqqıltı salmaq.
2. Bərkdən gülmək, qəhqəhə ilə gülmək. □ Muradlı onun üzünə baxıb qeyri-adi halda qaqqıldadı. (Mir Cəlal).
Həmçinin bax:
Bax: qaqqıldaşmaq.
1. Hamı birdən qaqqıldamaq. □ Qatarlaşıb nə diyardan gəlirsiz; Qaqqıldaşa-qaqqıldaşa durnalar? (Q.Zakir).
2. Qəhqəhə ilə gülmək, bir-birinə qoşulub bərkdən gülmək. □ Qəhqəhə ilə gülmək, bir-birinə qoşulub bərkdən gülmək.