1. Arxaizm. Bir şeyin altlığı, ayaqlığı, oturacağı. □ Sütunun qaidəsi. Güldanın qaidəsi.
2. Nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması.
3. Bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s.
4. Üsul, yol, tərz. □ Mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim. (Ə.Haqverdiyev).
5. Adət, dəb. “Qaydadır” şəklində – adətdir, xasiyyətdir.