1. Arxaizm. Yazı, kitab, sənəd.
2. Arxaizm. Yazılmış dua, yazılı dua, ümumiyyətlə dua.
3. Arxaizm. Dəri, əsgi və s.-nin içinə qoyulub ev heyvanlarının boynundan, buynuzundan asılan dua. □ Ağ qoçların boyunlarından... içidualı üçkünc pitik asardılar. (H.Sarabski).
Azərbaycan dilinin izahlı lüğəti1. Heyvan bədənində toplanıb yığılan yağ maddəsi və onun əridilmiş halda olan məhsulu. □ Mal piyi. Keçi piyi.
2. İnsan bədənində yağ maddəsi.
Həmçinin bax:
1. Miniklə deyil, ayaqları ilə. □ Piyada yola düşmək. Piyada yollanmaq.
2. Sifət kimi: ayaqla gedilən, ayaqla icra edilən. □ Piyada marş. Piyada kross.
3. İsim kimi: miniklə yox, öz ayaqları ilə gedən adam. □ Piyadalar üçün keçid.
4. İsim kimi: piyada hərəkət edən və döyüşən qoşun növü; həmin qoşunda xidmət edən əsgər. □ Piyadada xidmət etmək. Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. (Ə.Vəliyev).
5. İsim kimi: şahmat oyununda dəyərcə ən aşağı fiqur. □ Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq.
6. Sifət kimi məcazi mənada: kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasıb. □ Piyada adam.
Həmçinin bax:
1. Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. □ Su piyaləsi.
2. Ağzı gen, dibi dar balaca içki qabının çay içmək üçün olan növü. □ Piyaləyə çay tökmək.
3. Müxtəlif obrazlı təşbehlərdə gözəlin gözləri, dodaqları və s. ağzı gen, dibi dar balaca içki qabına bənzədilir. □ Qaşının tağında piyalə gözlər; Yeni ay qoynunda ulduza bənzər. (A.Şaiq).
Azərbaycan dilinin izahlı lüğəti