Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

podkast [podk'ast] isim ing. iPod + broadcasting – yayım

İnternet şəbəkəsində geniş yayılmış audiofayl. □ Podkast, bir qayda olaraq, şəbəkədə bloqla radio arasında yer tutur və populyar səs formatlarından birində (mp3 və ya wav) hazırlanır.

Azərbaycan dilinin izahlı lüğəti

polemika [palemik'a] isim fr. polemique < yun. polemikos – döyüşkən, düşmən, düşməncəsinə

Mətbuatda, ictimai müzakirələrdə və s.-də müəyyən bir məsələ barədə elmi əsaslara söykənən fikir mübadiləsi; mübahisə, müzakirə. □ Siyasi polemika.

Azərbaycan dilinin izahlı lüğəti

poliqlot [paliqlot] isim yun. polyglotte – çoxdilli < poly – çoxlu + glotta – dil

Çox dil bilən adam; ana dilindən başqa bir neçə dili yaxşı bilən şəxs. □ Poliqlot tərcüməçi.

Azərbaycan dilinin izahlı lüğəti

poliqon [paliqon] isim yun. polygonos < poly – çoxlu + gonia – künc

1. Çoxguşəli meydan; hərbi təlim və müxtəlif silahların sınaqdan keçirilməsi üçün ayrılmış sahə. □ Hərbi poliqon.

2. Riyaziyyat. Sonlu sayla düz xətt parçalarından düzəldilmiş sınıq xətt. □ Qapalı sınıq xətt də poliqondur.

Azərbaycan dilinin izahlı lüğəti

poliqrafiya [paliqrafiya] isim yun. polygraphia – çox yazı

Mətn materiallarının və qrafik təsvirlərin kütləvi şəkildə çoxaldılmasına imkan verən texniki üsulların məcmusu; çap məhsulları istehsalının bütün növlərini əhatə edən sənaye sahəsi. □ Poliqrafiya müəssisəsi.

Həmçinin bax:

jurnalistika: poliqrafiya dizaynı Azərbaycan dilinin izahlı lüğəti

ponton [panton] isim fr. ponton < lat. pons (pontis) – körpü

1. Müvəqqəti körpü üçün dayaq rolunu oynayan yastıdibli gəmi; üzən körpü. □ Ponton qurmaq.

2. Batmış gəmiləri çıxararkən istifadə olunan boş çəllək və s. şəklində olan polad qurğu.

Azərbaycan dilinin izahlı lüğəti

populizm [papulizm] isim lat. populus – xalq

1. Xalq kütlələrinin rəğbətini qazanmağa yönəlmiş ictimai fəaliyyət. □ Populizm daha çox xalqın idarəetmədə birbaşa iştirakını qabartmaq, mövcud dövlət və hakimiyyət orqanlarına inamsızlıq yaratmaq, bürokratiya və korrupsiyanı kəskin tənqid etmək və s.-dən ibarətdir.

2. Ciddi problemlərin çox asanlıqla həll olunacağına sadəlövh inam formalaşdırmaqla auditoriyanın rəğbətini qazanmaq cəhdi. □ Çıxışlarda populizm.

Azərbaycan dilinin izahlı lüğəti

populyar [papulyar] sifət lat. popularis – xalqa aid < populus – xalq

1. Çox sadə, aydın dildə ifadə edilən, hamının başa düşəcəyi bir tərzdə, hamı üçün anlaşılan. □ Populyar üslub.

2. Məşhur, geniş yayılmış, hamıya məlum olan; tanınan, qəbul edilən, geniş kütlənin rəğbətini qazanan. □ Populyar müğənni.

Azərbaycan dilinin izahlı lüğəti

populyasiya [papulyasiya] isim lat. populatio – əhali < populus – xalq

Biologiya. Müəyyən ərazidə yerləşən canlılar qrupunun bir-biri ilə və ya başqaları ilə qarşılıqlı əlaqə şəraitində sayını artırması. □ Köçəri quşların populyasiyası.

Həmçinin bax:

coğrafiya: coğrafi populyasiya Azərbaycan dilinin izahlı lüğəti

popurri [papuri] isim fr. pot-pourri < pot – qab + pourrie – qarışıq

Musiqi. Populyar mahnı və rəqs melodiyalarından tərtib edilən musiqi nömrəsi; bir neçə mahnının dayanmadan, bir-birinə qarışdırılıb ifa olunması; qatışıq, həftəbecər. □ Popurri oxumaq.

Azərbaycan dilinin izahlı lüğəti

portal [partal] isim lat. porta – qapı, darvaza

1. İncəsənət. Böyük binanın memarlıq baxımından işlənmiş əsas girəcəyi. □ Sütunlu portallar.

2. İnşaat. Dəzgah, kran.

3. İnformatika. İnternet şəbəkəsində istifadəçiyə bir çox funksiyalardan və məlumatlardan faydalanmağa imkan verən çoxşaxəli və mürəkkəb strukturlu sayt. □ Xəbər portalı.

Həmçinin bax:

jurnalistika: xəbər portalı Azərbaycan dilinin izahlı lüğəti

portativ [partativ] sifət fr. portatif < porter – daşımaq

Həcmcə kiçik, daşınma üçün münasib; yığcam, yüngül, əldə gəzdirilə bilən. □ Portativ kamera.

Azərbaycan dilinin izahlı lüğəti

portfolio [partfoliyo] isim ital. portfolio – portfel, sənədlər üçün qovluq

Təşkilatın, şirkətin, hansısa peşə sahibinin (model, fotoqraf, dizayner, memar və b.) gördüyü işlər, şagird və ya tələbənin nailiyyətləri haqqında dolğun təsəvvür yaradan nümunə və ya fotolardan ibarət toplu. □ Portfolioya baxmaq.

Azərbaycan dilinin izahlı lüğəti

portye [portye] isim fr. portier < porte – qapı

Mehmanxana xidmətçisi; qapıçı, açarları saxlayan, poçtu qəbul edən və s. işləri görən şəxs. □ Portye xidməti.

Azərbaycan dilinin izahlı lüğəti