1. Sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə.
2. Məcazi mənada: himayəçi, arxa, dadaçatan, istinadgah, pənahgah. □...Nadiri göstərərək belə bir qüvvətli pənahı olduğunu işarə etdi. (B.Talıblı).
3. Məcazi mənada: ümid, dayaq. □ Körpələrin pənahısan; Anaların gözü səndə. (N.Rəfibəyli).
Həmçinin bax:
1. Pənah aparılan yer, pənah yeri, sığınacaq yeri. □ Sən hər şeydən əvvəl bizə bir pənahgah tap ki, biz oradan düşmən ilə vuruşaq. (P.Makulu).
2. Məcazi mənada: Allah. □ Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. (S.S.Axundov).
Azərbaycan dilinin izahlı lüğəti1. Anatomiya. Əl ayası ilə beş barmaq birlikdə. □ Pəncəsini açmaq.
2. Zoologiya. Heyvanların qabaq ayaqlarının barmaqları ilə dırnaqları. □...sağ pəncəsini yarı qaldırıb bükmüş,... özü isə heykəl kimi hərəkətsiz durmuşdu. (M.Rzaquluzadə).
3. Anatomiya. Ayağın dabandan başqa, barmaqların da daxil olduğu alt hissəsi. □ Pəncəsinə tikan batıb.
4. Ayaqqabı altlığının ayağın dabandan başqa, barmaqların da daxil olduğu alt hissəsi. □ Çəkməyə pəncə vurdurmaq.
5. Bir əl tutacaq qədər taxıl, ot və s. □ Onların biçdikləri yer də nəinki pəncə, hələ dərz də gözə az dəyirdi. (Ə.Əbülhəsən).
6. Bir əl tutacaq miqdar. □ Bir pəncə plov.
7. Kultivator və s.-də torpaqda kiçik şırımlar açan hissə. □ Kultivatorun pəncəsi.
8. Məcazi mənada: qüvvət, zor, zor-güc; məngənə. □ Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım. (M.Müşfiq).
Həmçinin bax: