1. Zoologiya. Pişik cinsindən dərisi zolaqlı iri yırtıcı heyvan; qaplan. □...Sədinin bir sözü çıxmır yadımdan: Pişiyin duruşu rəngbərəng olur; Pələngi görəndə o, siçanlaşır; Siçanı görəndə o, pələng olur. (X.Rza).
2. Məcazi mənada: igid, qoçaq. □ Tüfəng tutan bu ərlər; Bəslədiyim pələnglər; Nəyim varsa sənindir. (S.Vurğun).
Azərbaycan dilinin izahlı lüğəti