Üzvi gübrə kimi işlədilən saman, xəzəl və s. qatışığından ibarət heyvan və quş ifrazatı. □ At peyini.
Həmçinin bax:
Bax: peyinsəpən.
Zoologiya. Peyinliklərdə yaşayan cücü.
Bax: peyinləmək.
Peyinlə gübrələmək, peyin vermək. □ Bostanı peyinləmək.
Bax: peyinlənmək.
Peyinlə gübrələnmək, peyin verilmək.
Peyin səpilmiş, peyin tökülmüş, peyin verilmiş. □ Peyinli lək.
Peyin yığılmış yer, peyin olan yer. □...su və peyinlik yaxın olduğundan, burada... lobya, soğan əkirdilər. (Ə.Əbülhəsən).
1. Əkiləcək sahəyə peyin səpmək üçün işlədilən. □ Peyinsəpən maşın.
2. İsim kimi: əkiləcək sahəyə peyin səpmək üçün işlədilən maşın. □ Peyinsəpəni təmir etmək.
Astronomiya. Coğrafiya. Planet və ya ulduzun ətrafında fırlanan göy cismi. □ Yupiterin 11 peyki vardır.
Əsl mənası “oxun ucundakı sivri dəmir” olub, klassik ədəbiyyatda “kirpik, (gözəlin kirpiyi)” mənasında işlənmişdir. □ Əlhəzər, yay qaşın, şux peykanından; Vurar, yıxar, ötmək olmaz yanından. (Q.Zakir).
Bax: peyləmək.
Xəncər, bıçaq və s. ilə vurmaq, vurub öldürmək, ya yaralamaq. □ Bu pişiyin atını bir peyləyin; Xakə yıxın, ömrünü tey eyləyin. (S.Ə.Şirvani).
Bax: peylənmək.