Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

pay1 [pay] isim

1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə. □ Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. (M.F.Axundzadə).

2. Bir neçə adam arasında bölünən xörəkdən hər birinə düşən hissə. □...nə bişirsəydilər payımı saxlardılar. (İ.Əfəndiyev).

3. Bir şeyin bölündüyü hissələrdən hər biri. □ Gecədən iki pay keçəndə...

4. Miras qalmış əmlakdan hər bir vərəsəyə çatan hissə. □ Xanım, qardaşın arvadının məgər irsdə payı yoxdur? (M.F.Axundzadə).

5. Numerativ söz kimi: dəfə, kərə. □ Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min payyaxşıdır. (N.Vəzirov).

6. Hədiyyə, bəxşiş, sovqat. □...əqrəbalardan samovar alıb pay gətirərlər. (R.Əfəndiyev).

7. Məcazi mənada: bəxt, tale, qismət, nəsib.

8. Məcazi mənada: əvəz, qarşılıq.

9. Ümumi bir işə ayrı-ayrı iştirakçılar tərəfindən verilən, yaxud birinin hissəsinə düşən pul və s. miqdarı. □ Kooperativ payı. Üzvlərin payı.

pay2 [pay] isim fars

Klassik ədəbiyyatda ayaq mənasında işlənmişdir. □ Düşəydi payinə bənövşə, sünbül; Xuraman-xuraman əlində də gül. (Q.Zakir).

Həmçinin bax:

frazeologizm: Allaha pay aparmaq frazeologizm: dilənçidən pay ummaq frazeologizm: diridən də pay umur, ölüdən də frazeologizm: nə ölüyə hay verir, nə diriyə pay frazeologizm: öz payını götürmək frazeologizm: payı itə-qurda qismət olmaq frazeologizm: payına çıxmaq (düşmək) frazeologizm: payını almaq frazeologizm: payını vermək frazeologizm: Tanrıya pay aparmaq Azərbaycan dilinin izahlı lüğəti