Papaqlama qar – iri-iri parçalar şəklində yağan qar. □ ...papaqlama qar arasıkəsilmədən yağırdı. (Ə.Vəliyev).
İri-iri parçalar şəklində, lopa-lopa yağmaq (qar haqqında). □ Dünəndən başlayan qalın qar papaqlayır, yer üzünü qaplayırdı. (S.Rəhimov).
Bax: papaqlanmaq.
Yekəlib yumşalmaq (pambıq haqqında).
1. Başında papağı olan, papaq geymiş. □ Papaqlı kişi.
2. Zərf kimi: başında papaq olaraq, başında papaq olduğu halda. □...O biri uşaqlar papaqlı otururdular. (Ü.Hacıbəyli).
3. İsim kimi: kişi, başıpapaqlı.
Papaq tikmək üçün yarar. □ Papaqlıq dəri.
1. Başında papaq olmayan, papaq geyməmiş, başıaçıq. □ Papaqsız oğlan.
2. Zərf kimi: başıaçıq. □ Papaqsız gəzmək.
Roma papasının idarə etdiyi katolik kilsəsinin dini mərkəzi.
Arxaizm. İzləmə, təqib etmə.
1. Adətən evdə geyilən yüngül ayaqqabı.
2. Ümumiyyətlə, ayaqqabı mənasında. □...Ayağına papış gərək, döşünə döşlük. (N.Vəzirov).
Həmçinin bax:
Çəkmək üçün içi tütünlə doldurulmuş kağız lüləsi (gilizi). □ Papiros çəkmək. Papiros qutusu.
Bax: papirosyandıran.
1. Papiros gilizlərinə tütün dolduran. □ Papirosdolduran maşın.
2. İsim kimi: papiros dolduran alət, cihaz.
Papiros qoymaq üçün qutu; portsiqar. □...cibindən bir gümüş papirosqabı çıxarıb içindən bir papiros götürüb yandırdı. (Ə.Haqverdiyev).
Papiros yandırmaq üçün alət; alışqan, papirosalışdıran. □ Kolxoz sədri masanın dalından qalxdı, papirosyandıranı çıxardı... (Ə.Əbülhəsən).