1. Botanika. Qozalarının içindəki liflərindən iplik hazırlanan kolşəkilli birillik cənub bitkisi, həmçinin bu bitkinin ağrəngli lifləri. □ Pambıq əkini. Pambıq tədarükü.
2. Qozalarının içindəki liflərindən iplik hazırlanan kolşəkilli birillik cənub bitkisinin tibb və məişətdə işlədilən təmizlənmiş liflərdən ibarət tüklü tiftik kütləsi. □ Yaraya pambıq qoymaq.
3. Pambıq ipliyindən toxunmuş, yaxud içərisinə pambıq qoyulmuş. □ Pambıq parça. Pambıq yorğan.
Həmçinin bax:
1. Pambıq yığmaq, pambıq toplamaqla məşğul olan adam. □ Hər gün saat birdən üçə qədər pambıqyığanların istirahət saatlarıdır. (İ.Əfəndiyev).
2. Sifət kimi: pambıq yığmaq, pambıq toplamaqla məşğul olan. □ Pambıqyığan qız. Pambıqyığan maşın.
Azərbaycan dilinin izahlı lüğəti